...

Səbinə Babayevanın "Eurovision 2012" tanıtım turunun tarixləri açıqlanıb

Mədəniyyət Materials 2 Aprel 2012 16:02 (UTC +04:00)
Azərbaycanın "Eurovision 2012" təmsilçisi Səbinə Babayevanın tanıtım turunun tarixləri açıqlanıb.
Səbinə Babayevanın "Eurovision 2012" tanıtım turunun tarixləri açıqlanıb

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Azərbaycanın "Eurovision 2012" təmsilçisi Səbinə Babayevanın tanıtım turunun tarixləri açıqlanıb.

Trend eurovision.az saytına istinadən məlumat verir ki, təmsilçimiz ilk olaraq Macarıstan, daha sonra Niderland və Böyük Britaniyaya səfər edəcək.

Səbinə Babayeva aprelin 6-7-də Budapeştdə tələbə forumunda iştirak edəcək və pərəstişkarları tərəfindən təşkil edilmiş bir neçə tədbirə qatılacaq. Təmsilçimiz Macarıstanı "Eurovision 2012"-də "Sound Of Our Hearts" mahnısı ilə təmsil edəcək "Compact Disco" qrupu ilə görüşəcək, eləcə də bir neçə televiziya şousunda iştirak edəcək.

Xatırladaq ki, aprelin 21-də Niderlandda "Eurovision" mahnı müsabiqəsindən əvvəl ən böyük promo hadisə - "Eurovision in Concert"in dördüncü konserti olacaq. Səbinə Babayeva bu konsertdə çıxış edəcək.

Daha sonra təmsilçimiz aprelin 29-da Londonda "Eurovision" əyləncə gecəsinə baş çəkməyi planlaşdırır. Böyük Britaniyada beşinci yubiley tədbir zamanı Səbinə "When the Music Dies" müsabiqə mahnısını ifa edəcək.

Xəbər lenti

Xəbər lenti