...

Avropa Yayımları Birliyinin nümayəndələri Azərbaycan təmsilçisinin ifasına qiymət veriblər (VİDEO)

Mədəniyyət Materials 3 Aprel 2012 13:00 (UTC +04:00)
Avropa Yayımları Birliyinin nümayəndələri təmsilçimiz Səbinə Babayevanın ifası barədə danışıb.
Avropa Yayımları Birliyinin nümayəndələri Azərbaycan təmsilçisinin ifasına qiymət veriblər (VİDEO)

Azərbaycan, Bakı, 3 aprel / Trend/

Avropa Yayımları Birliyinin nümayəndələri təmsilçimiz Səbinə Babayevanın ifası barədə danışıb.

Trend çərşənbə axşamı Eurovision Mahnı Müsabiqəsinin rəsmi saytına istinadən məlumat verir ki, müsabiqənin rəhbəri Yan Ola Sand Azərbaycanın builki müsabiqədə çox yaxşı nəticə əldə edəcəyinə inandığını söyləyib.

"Birbaşa finala vəsiqəniz var. Bu da çox yaxşıdır. Çünki siz finala keçmək uğrunda mübarizə aparmayacaqsınız. Buna görə də bir qədər rahat ola bilərsiniz. Builki mahnınız da çox güclüdür", - Yan Ola Sand bildirib.

Eurovision Mahnı Müsabiqəsinin təşkilati işlər üzrə rəhbəri Sietse Bakker bildirib ki, Azərbaycan bu il də öz çıxışı ilə fəxr edə bilər.

Azərbaycanın milli seçimləri zamanı Bakıda olduğunu qeyd edən Sietse Bakker Səbinə Babayevanın çıxışını yaxşı xatırladığını bildirib.

"O, gözəl oxuyur. Düşünürəm ki, əvvəlki illərdə olduğu kimi Azərbaycan yenə də öz mahnısı ilə fəxr edə bilər. Çünki o, hər il Eurovision Mahnı Müsabiqəsinə möhtəşəm mahnılar bəxş edir", - Bakker əlavə edib.

Xəbər lenti

Xəbər lenti