...

Fransa təmsilçisi "Eurovision 2012" mahnısını duet oxuyacaq

Mədəniyyət Materials 3 Aprel 2012 21:00 (UTC +04:00)
Fransa təmsilçisi Anqun (Anggun) "Echo (You and I)" adlı "Eurovision 2012" mahnısını duet oxuyub.
Fransa təmsilçisi "Eurovision 2012" mahnısını duet oxuyacaq

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Fransa təmsilçisi Anqun (Anggun) "Echo (You and I)" adlı "Eurovision 2012" mahnısını duet oxuyub.

Trend eurovision.az saytına istinadən xəbər verir ki, Anqunun duet ortağı Danimarkanın "Eurovision 2009" təmsilçisi Nils Brinkdir. Bundan əvvəl Anqun müsabiqə mahnısını macar müğənni Viktor Varga ilə də oxuyub. Macar müğənni ilə olan bu ifanın adı "Visszhang (You and I)" adlanır. Gələcək planlarına gəlincə, Fransa təmsilçisi bu mahnını maltalı müğənni Claudia Faniello ilə duet oxumaq niyyətindədir.

Qeyd edək ki, 57-ci "Eurovision" mahnı müsabiqəsinə hazırlıq çərçivəsində Anqunun Paris, London və Amsterdamda çıxışı nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti