...

Azərbaycanın "Eurovision 2012" təmsilçisinin ilk məşqinin vaxtı məlum oldu

Mədəniyyət Materials 18 Aprel 2012 18:51 (UTC +04:00)
Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision 2012" mahnı müsabiqəsinin "Bakı Kristal Zalı"nda məşqlərinə mayın 13-də start veriləcək.
Azərbaycanın "Eurovision 2012" təmsilçisinin ilk məşqinin vaxtı məlum oldu

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision 2012" mahnı müsabiqəsinin "Bakı Kristal Zalı"nda məşqlərinə mayın 13-də start veriləcək.

Trend eurovision.az saytına istinadən xəbər verir ki, artıq Bakıdakı "Eurovision" şousunun məşqləri və təmsilçilərin mətbuat konfransları ilə bağlı müvafiq cədvəl hazırlanıb. Mayın 13-dən etibarən hər gün ənənəvi məşqlər keçiriləcək. İlk məşqdə Monteneqro, İslandiya, Yunanıstan, Latviya, Albaniya, Rumıniya, İsveçrə, Belçika və Finlandiya iştirak edəcək. Həmin tarixdən etibarən hər gün saat 11:00-dan 20:15-dək məşqlər keçiriləcək. Mayın 19-na kimi birinci və ikinci yarımfinal mərhələlərində çıxış edəcək ölkələr öz məşqlərini edəcəklər. Hər gün "Bakı Kristal Zalı" səhnəsində 9 təmsilçi məşqə çıxacaq.

Mayın 26-da keçiriləcək final mərhələsində birbaşa çıxış edən 6 ölkənin ilk məşqi isə mayın 19-da baş tutacaq. Azərbaycanın "Eurovision 2012" təmsilçisi Səbinə Babayeva həmin gün saat 17:00-da ilk məşqini edəcək. Təmsilçimizin ikinci məşqi mayın 20-də keçiriləcək.

Hər iki yarımfinal və final mərhələsinin əsas məşqləri şoudan bir gün əvvəl baş tutacaq.

Qeyd edək ki, 57-ci "Eurovision" mahnı müsabiqəsində 42 ölkə iştirak edir. Hər yarımfinalda 18 ölkə yarışacaq və iki yarımfinaldan ümumi olaraq 20 ölkə finala vəsiqə qazanacaq. Finalda isə birincilik uğrunda mübarizəyə 26 ölkə təmsilçisi qoşulacaq.

Xəbər lenti

Xəbər lenti