...

Musa Yaqubun "Dövrün dəyirmanı" kitabının təqdimatı keçirilib

Mədəniyyət Materials 27 Aprel 2012 17:33 (UTC +04:00)
Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyasının (AVCİYA) ofisində şair Musa Yaqubun 75 illik yubileyi münasibətilə yeni çapdan çıxmış "Dövrün dəyirmanı" kitabının təqdimatı olub.
Musa Yaqubun "Dövrün dəyirmanı" kitabının təqdimatı keçirilib

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyasının (AVCİYA) ofisində şair Musa Yaqubun 75 illik yubileyi münasibətilə yeni çapdan çıxmış "Dövrün dəyirmanı" kitabının təqdimatı olub.

Trend-in məlumatına görə, kitabın çap olunmasına dəstək verən AVCİYA-nın prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanov təqdimat mərasimində bildirib ki, kitab gələcək nəsillərə mənəvi dəyərlərin aşılanması baxımından böyük əhəmiyyət kəsb edir.

"Şairi xalq yaşadır, ilhamlandırır. Azərbaycan gəncləri tez-tez Musa Yaqub yaradıcılığına müraciət etməli, onun əsərlərindən yararlanmalıdır", - o deyib.

Musa Yaqub təqdimatda bildirib ki, kitab şeirlər və poemalardan ibarətdir. "Dövrün dəyirmanı" məhəbbət və cəmiyyət haqqında yazılan və zəmanənin dəyişikliklərindən bəhs edən kitabdır", - şair deyib. Musa Yaqub hazırda mənəvi dəyərlərin bəzən ləğv olunduğunu və hər şeyin şou üstündə qurulduğundan danışıb.

Kitabda onun müxtəlif dövrlərdə yazdığı şeirlər və poemalar toplanıb.

Xəbər lenti

Xəbər lenti