Azərbaycan, Bakı, 13 May /Trend/
Eurovision Mahnı Müsabiqəsi 2012-nin Mətbuat Mərkəzi mayın 20-dək saat 10:00-dan 20:00-dək fəaliyyət göstərəcək.
Trend-in müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, mayın 21-də (birinci yarımfinalın əsas məşqi), 22 may (birinci yarımfinalın canlı şousu), 23 may (ikinci yarımfinalın əsas məşqi), 24 may (ikinci yarımfinalın canlı şousu), 25 may (jüri finalı), 26 may (final) tarixlərində isə Mətbuat Mərkəzi aşağıdakı saatlarda işləyəcək:
21 may 12:00-3:00
22 may 12:00-5:00
23 may 12:00-3:00
24 may 12:00-5:00
25 may 12:00-3:00
26 may 12:00-6:00
Artıq mayın 13-də "Bakı Kristal Zalı"nda Eurovision Mahnı Müsabiqəsi 2012-dəki təmsilçilərin məşqləri başlayacaq. Mayın 13-dəki məşq də mətbuat konfranslarının qrafikini təqdim edirik:
13 may | Məşq | Mətbuat konfransı |
Monteneqro |
11:00-11:40 |
12:25-13:05 |
Eurovision Mahnı Müsabiqəsi 2012-nin mətbuat konfranslarının moderatorları isə Rəşad Bayramov və Fuad Axundov olacaq.