...

Türkiyənin məşhur serialının bir bölümü Bakıya həsr olunub

Mədəniyyət Materials 17 May 2012 15:39 (UTC +04:00)
Türkiyənin TRT kanalının "Avropa Avropa" teleseriali bu həftə Bakıda çəkdiyi bölümü ilə ekranlara gələcək.
Türkiyənin məşhur serialının bir bölümü Bakıya həsr olunub

Azərbaycan, Bakı, 17 may /Trend/

Türkiyənin TRT kanalının "Avropa Avropa" teleseriali bu həftə Bakıda çəkdiyi bölümü ilə ekranlara gələcək. Trend-in məlumatına görə, TRT-nin Bakı təmsilçisi Yüksel Değercan "Avropa Avropa" teleserialı ilə bağlı açıqlama verib.

Değercan çəkilişlərin çox maraqlı olduğunu və TRT 1 vasitəsilə Bakının gözəlliklərinin bütün Türkiyə və TRT-nin izləndiyi hər yerdə yayımlanacağını söyləyib. O, Azərbaycan tamaşaçılarının teleserialın bu bölümünə mütləq baxmalarını və böyük zövq alacaqlarını qeyd edib.

Teleseriala Azərbaycanın xalq artisti Tünzalə Ağayeva da iki mahnısı ilə rəng qatacaq.

"Avropa Avropa" teleserialının çəkiliş qrupu 3 həftə bundan əvvəl Bakıya 25 nəfərlik heyətlə gəlmiş və serialın bir bölümünü Bakıda çəkmişdi. Çəkilişlər İçərişəhər, Nizami parkı, Sahil parkı, Park Bulvar ticarət mərkəzi və Türk şəhidliyində aparılmışdı.

Banu Akdenizin prodüserliyi, Şafak Balının rejissorluğu ilə çəkilən teleserialda məşhur aktyorlardan Tarık Unluoğlu, Durul Bəzən, Selen Seyven, Sehsuvar Aktas, Kadir Çöpdemir, Burak Serdar Şenaldan başqa, azərbaycanlı teatr aktyoru Aslan Şirin və türkiyəli teatr aktyoru Rasim Aşın da rol alıb.

"Avropa Avropa" teleserialının Bakı bölümü mayın 20-də bazar günü Türkiyə vaxtı ilə saat 19:50-də, Bakı vaxtı ilə 21:50-də TRT 1 ekranlarında yayımlanacaq.

Xəbər lenti

Xəbər lenti