...

Azərbaycan kulinarları “Eurovision”nun elementlərini süfrəyə gətirəcəklər (FOTO)

Mədəniyyət Materials 1 İyun 2012 13:36 (UTC +04:00)
Azərbaycan kulinarları "Eurovision"ı süfrəyə gətirəcəklər. Bu barədə Azərbaycan Milli Kulinariya Asossiasiyası İctimai Birliyinin rəhbəri Tahir Əmiraslanov cümə günü Trend Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında məlumat verib.
Azərbaycan kulinarları “Eurovision”nun elementlərini süfrəyə gətirəcəklər (FOTO)

Azərbaycan, Bakı, 1 iyun / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycan kulinarları "Eurovision"nun elementlərini süfrəyə gətirəcəklər. Bu barədə Azərbaycan Milli Kulinariya Asossiasiyası İctimai Birliyinin rəhbəri Tahir Əmiraslanov cümə günü Trend Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında məlumat verib.

O bildirib ki, iyunun 7-8-də Rusiyanın Çeboksarı şəhərində keçiriləcək yarışlarda iştirak edəcək Azərbaycan milli komandasının hazırlayacağı milli yeməklərə, süfrənin bəzədilməsi və dizaynına "Eurovision 2012" mahnı müsabiqəsinin elementləri əlavə olunacaq.

Əmiraslanov deyib ki, həmin yarışmada Azərbaycanın milli yeməkləri hazırlanarkən musiqi yarışmasının qalibi olan ölkələrin zövqləri nəzərə alınacaq.

Qalib ölkə İsveçin zövqünə uyğun olaraq kükü, Rusiya ikinci yeri tutduğu üçün nənəsayağı yemək, serblər şirniyyatı sevdiyi üçün halva deserti hazırlanacaq.

Hər yemək süfrəsində Azərbaycan şərabları və türk şərbətləri veriləcək.

Onun sözlərinə görə, milli komanda hazırlıqlar zamanı fiziki keyfiyyətlərini və orqanoleptik xüsusiyyətlərini nəzərə alaraq bir sıra məhsullarla, о cümlədən yağlarla yarış üçün xörəklər bişirib.

Ən yaxşı nəticəni кərə və bitki yağlarının qarışığından hazırlanmış "Supersun" yağı verdiyindən komanda bu çempionata özü ilə "Supersun" yağını da aparmağı qərarlaşdırıb.

Əmiraslanov bildirib ki, mayın 12-17-də Azərbaycanın milli kulinariya komandası İspaniyanın Tenerif şəhərində keçirilən "Həyatın dadı" VII Beynəlxalq Kulinariya çempionatında iştirak edib.

Müsabiqəyə 4 ölkə qatılıb: Azərbaycan, Ukrayna, Polşa, İspaniya. 2 ölkə (Serbiya və Rusiya) son anda çempionata gələ bilmədiklərini xəbər veriblər.

Azərbaycandan 3 aşpaz yarışlarda 12 fərdi (hər biri 4 fərdi) sinifdə və komanda sinfində iştirak edib.

Çempionatda Asya Axundova 1 qızıl, 1 bürünc, 2 diplom (4-cü yer); Fəqan Ağayev 1 qızıl, 1 gümüş, 1 bürünc, Ağa Aşurov 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıblar.

Qara qutu yarışmasından isə komandamız bürünc medal qazanıb. Komandamız 13 sinifdə 11 nəticə (3 qızıl, 2 gümüş, 4 bürünc və 2 diplom) göstərib.

Onun sözlərinə görə, həmin çempionatda komandamız daha çox yerli ərzaqlardan istifadəyə üstünlük verib.

"Biz Azərbaycandan özümüzlə "Azersun Holding" şirkətinin istehsalı olan "Möcüzə" qarğıdalı, "Möcüzə" günəbaxan və zeytun yağları aparmışdıq. Yarış zamanı bu yağlardan yalnız biz deyil, digər komandalar da istifadə etdilər. Ukrayna komandası "Möcüzə" qarğıdalı yağını xüsusilə bəyəndi. Hesab edirik ki, yerli məhsulların keyfiyyəti də qazanılan nəticələrə öz müsbət təsirini göstərdi", - o deyib.

Xəbər lenti

Xəbər lenti