...

Bakıda futbol üzrə dünya çempionatının təbliği məqsədilə konsert olacaq

Mədəniyyət Materials 29 İyun 2012 16:44 (UTC +04:00)
İyulun 6-da, saat 21:00-dan 23:00-dək FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin təbliğatı məqsədilə Dənizkənarı Milli Parkdakı Saat qülləsinin yaxınlığında konsert təşkil olunacaq.
Bakıda futbol üzrə dünya çempionatının təbliği məqsədilə konsert olacaq

Azərbaycan, Bakı, 29 iyun /Trend/

İyulun 6-da, saat 21:00-dan 23:00-dək FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin təbliğatı məqsədilə Dənizkənarı Milli Parkdakı Saat qülləsinin yaxınlığında konsert təşkil olunacaq.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, konsertdə tanınmış müğənnilər Aygün Kazımova, Tünzalə Ağayeva, Röya, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin dostu Çingiz Mustafayev və almaniyalı müğənni Okeaniya, həmçinin futbol fristaylerləri çıxış edəcəklər.

Konsert canlı yayımlanacaq.

Qeyd edək ki, həmin gün Beynəlxalq Muğam Mərkəzində FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin püşkatma mərasimi də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti