...

Belarusda Azərbaycan filmləri nümayiş etdiriləcək

Mədəniyyət Materials 4 Sentyabr 2012 11:57 (UTC +04:00)
Sentyabrın 9-13-də Belarusun paytaxtı Minskdə və Qluboki şəhərində keçiriləcək "Magnificat-2012" VIII xristian filmləri və televiziya verilişləri festivalında ilk dəfə Azərbaycan filmləri nümayiş etdiriləcək.
Belarusda Azərbaycan filmləri nümayiş etdiriləcək

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Sentyabrın 9-13-də Belarusun paytaxtı Minskdə və Qluboki şəhərində keçiriləcək "Magnificat-2012" VIII xristian filmləri və televiziya verilişləri festivalında ilk dəfə Azərbaycan filmləri nümayiş etdiriləcək. Bu barədə Trend Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytına istinadən məlumat verir.

Festivala 16 ölkədən, o cümlədən Bolqarıstan, Almaniya, Gürcüstan, Kanada, Latviya, Rusiya, Ukraynadan filmlər təqdim olunub. Onların arasından 38 sənədli film və 6 animasiya filmi seçilib.

Beynəlxalq xristian sənədli filmləri və televiziya verilişləri festivalı Belarus katolik yepiskoplar konfessiyasının himayəsi altında keçirilir. Festival "Signis-Belarus" katolik assosiasiyası, "Stop-kadr" studiyası, habelə Vitebsk katolik yeparxiyası və "Dialoq" jurnalı tərəfindən təsis edilib.

Xəbər lenti

Xəbər lenti