...

Opera və Balet Teatrı bağlanacaq

Mədəniyyət Materials 14 Sentyabr 2012 17:41 (UTC +04:00)
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı bu ilin sonunadək bağlanacaq.
Opera və Balet Teatrı bağlanacaq

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı bu ilin sonunadək bağlanacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, teatrın bağlanması təmir işləri ilə əlaqədardır.

"Artıq layihə və tender sənədləri hazırdır. Biz orada yüksək səviyyəli bərpa və yenidənqurma işləri aparacağıq", - nazir bildirib.

Xəbər lenti

Xəbər lenti