...

Bakıda IV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı öz işinə başlayacaq

Mədəniyyət Materials 17 Sentyabr 2012 13:58 (UTC +04:00)
Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 29-dək Bakıda IV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Bakıda IV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı öz işinə başlayacaq

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 29-dək Bakıda IV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, festivalda Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, İtaliyadan dünya şöhrətli musiqiçilər və kollektivlər - "Moskva virtuozları" kamera orkestri, Köln kamera orkestri, Zaxar Bronun rəhbərliyi ilə kamera orkestri, "Signum" saksofon kvarteti, dirijorlar Vladimir Spivakov, Gürer Aykal, Canluka Marçiano, skripkaçı Solenne Paydassi, saksofonçu ASHU, pianoçu İlya Maksimov, violonçel ifaçısı Kristof Kruaze, fleytaçı Anna de La Veqa və başqaları iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti