...

Ankarada görkəmli alim Valeh Hacılara həsr edilmiş kitab nəşr olunub

Mədəniyyət Materials 10 Oktyabr 2012 15:59 (UTC +04:00)
Valeh Hacılar Elmi-Mədəni Araşdırmalar Vəqfi tərəfindən Ankarada nəfis tərtibatda 2010-cu ildə dünyasını dəyişmiş azərbaycanlı əsilli görkəmli folklorşünas-alim və şair, Gürcüstan Ədəbiyyatşünaslıq Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru professor Valeh Hacılara həsr olunmuş kitab nəşr olunub.
Ankarada görkəmli alim Valeh Hacılara həsr edilmiş kitab nəşr olunub

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Valeh Hacılar Elmi-Mədəni Araşdırmalar Vəqfi tərəfindən Ankarada nəfis tərtibatda 2010-cu ildə dünyasını dəyişmiş azərbaycanlı əsilli görkəmli folklorşünas-alim və şair, Gürcüstan Ədəbiyyatşünaslıq Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru professor Valeh Hacılara həsr olunmuş kitab nəşr olunub.

Trend-in məlumatına görə, "Valeh Hacıların ardından" adlanan kitabın tərtibçiləri Türkiyənin Atatürk Universitetinin əməkdaşları professor C.Alyılmaz və dosent S.Alyılmazdır.

Kitabda tanınmış Azərbaycan, Türkiyə və Gürcüstan elm-ədəbiyyat xadimlərinin Valeh Hacılar barədə xatirə yazıları, ona həsr olunmuş şeirlər və fotoşəkillər toplanıb. Bu sıradan akademik İ.Həbibbəylinin "Azərbaycan ziyalılığının Gürcüstan səfiri", akademik N.Cəfərovun "Valeh Hacılar Türk dünyasının Gürcüstanda dalğalanan bayrağı idi", akademik M.Kurdianinin "Allah ona kövsər bulağının yanında yer ayıracaqdır", Hidayətin "Dost itkisi ağırdır", professor Ş.Məmmədlinin "Ölümü ölümsüzləşdirən müdrik", prof. O.Söylemezin "Türk dünyasından daha bir çinar devrildi", prof. S.Vardosanidzenin "Valeh məni daim heyrətləndirirdi", prof. M.Qasımlının "Valeh Hacılar özü ayrıca bir ədəbiyyat institutu idi", X.Qayıblının "Gürcüstan-Azərbaycan dostluğunun müqəddəs körpüsü", E.Poluxovun "Böyük bir elmi məktəbin yaradıcısı", A.Əmrahoğlunun "Valehin yeri həmişə görünəcək", M.Coşğunun "Dünyaya borclu qalmayan insan", R.Bəkirovun "Ulu türk oğlu, böyük müəllim", Ə.Osmanlının "Borçalı dağının əzəmətli zirvəsi", N.Əbdülrəhmanlının "Dünyanın yorğun yolçusu", A.Xansultanlının "Səsə dönən ruh adamı" və s. yazılar, eləcə də şair R.Hümmətin V.Hacılara həsr etdiyi "İşığın işığı" poeması oxucuda Valeh Hacılar şəxsiyyəti barədə aydın təsəvvür yaradır.

Qeyd edək ki, 18-21 aprel 2012-ci ildə İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetində Azərbaycan, Gürcüstan və Türkiyənin nüfuzlu elm-təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə Valeh Hacıların xatirəsinə həsr olunmuş "Qafqaz xalqlarının folkloru və linqvokulturologiyası" mövzusunda beynəlxalq elmi simpozium keçirilmişdi. Bu tədbir hər üç ölkə arasında strateji müttəfiqlik əlaqələrinin elmi-mədəni müstəviyə keçirilməsinə xidmət edirdi. Tədbir çərçivəsində Gürcüstanda soydaşlarımızın kompakt yaşadığı Bolnisi rayonunda əsaslı təmirdən sonra Valeh Hacılar adına Mədəniyyət Evinin açılışı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti