Azərbaycan, Bakı, 8 yanvar /Trend/
"Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yeni muzey təşkil olunur.
Trend-in Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu muzey istifadəyə verildikdən sonra burada qoruq-muzey vəhdətini görmək mümkün olacaq.
Azərbaycan Prezidentinin müvafiq sərəncamının icrası ilə bağlı "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda genişmiqyaslı bərpa-konservasiya, yenidənqurma və abadlaşdırma işlərinin aparılmasına 2012-ci ildə başlanılıb.
Qeyd edək ki, Qobustan Milli Tarix-Bədii Qoruğunun muzeyi Avropa Şurası tərəfindən müəyyən olunmuş "İlin ən yaxşı muzeyi" nominasiyasına daxil edilib.