...

Gürcüstanda Azərbaycan kinosu günləri keçirilir

Mədəniyyət Materials 24 Aprel 2013 17:25 (UTC +04:00)
2013-cü il aprel ayının 24-dən 27-dək Gürcüstanda Azərbaycan kinosu günləri keçirilir. Bu barədə Trend-ə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Gürcüstanda Azərbaycan kinosu günləri keçirilir

Azərbaycan, Bakı, 24 aprel /Trend/

2013-cü il aprel ayının 24-dən 27-dək Gürcüstanda Azərbaycan kinosu günləri keçirilir. Bu barədə Trend-ə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Nazirliyin təşkilatçılığı, Dövlət Neft Şirkətinin Gürcüstandakı nümayəndəliyinin dəstəyi ilə gerçəkləşən, "2008-2018-ci illər üçün Azərbaycan kinosunun inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq milli kinonun təbliğini gücləndirmək və kino sahəsində beynəlxalq əlaqələri genişləndirmək məqsədi daşıyan kino günlərində iştirak etmək üçün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova, əməkdar incəsənət xadimi, rejissor Yavər Rzayev, xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artist Münəvvər Əliyeva və nazirliyin Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadədən ibarət nümayəndə heyəti Gürcüstanda səfərdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti