...

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş film çəkilib

Mədəniyyət Materials 2 May 2013 16:08 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Dahi azərbaycanlı" adlı sənədli filmin çəkilişi başa çatıb.
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş film çəkilib

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir İ.İsabalayeva/

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Dahi azərbaycanlı" adlı sənədli filmin çəkilişi başa çatıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutundan cümə axşamı Trend-ə verilən məlumata görə, film Azərbaycan Televiziyasının "Azərbaycan Telefilm" yaradıcılıq birliyində istehsal olunub.

Filmin senari müəllifli və aparıcısı Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur. "Dahi azərbaycanlı" filminin istehsalında "Azərbaycan Telefilm" yaradıcılıq birliyinin əməkdaşları Yaqub Əlioğlu, Zahid İsmayılov, Zahid Bağırov, Əliabbas Qasımov yaxından iştirak ediblər.

Filmin direktoru Valeh Həsənlidir. "Dahi azərbaycanlı" sənədli filminə Heydər Əliyevin ömür yolunu əks etdirən yeni materiallar, xüsusilə ulu öndərin fəaliyyətinin Naxçıvan dövrünü, o cümlədən gənclik illərini əks etdirən maraqlı faktlar daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti