Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İ.İzzət/
Sabah Bakıda Türkdilli dövlətlərin gənclərinin Beynəlxalq Yaradıcılıq Festivalı start götürür.
Gənclər və İdman Nazirlyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Türkdilli dövlətlərin gənclərinin Bakı Beynəlxalq Yaradıcılıq Festivalı keçirilir.
Festival 6 nominasiya - vokal, rəqs, ifaçılıq, moda, foto və dekorativ-tətbiqi sənət nominasiyaları üzrə aparılır.
Festival çərçivəsində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur:
- Gənc rəssamların dekorativ-tetbiqi sənət sərgisi - 23 iyul 2013-cü il, saat 18:00, "Yay Gallery" (ünvan: İçərişəhər, Kiçik qala küç., 6);
- Gənc modelyer-dizaynerlərin moda nümayişi - 24 iyul 2013-cü il, saat 20:00, "Art Garden" (ünvan: İçərişəhər, Kiçik Karvansaray, A.Zeynallı küç., 22)
- Yaradıcı gənclərin iştirakı ilə Qala-konsert və gənc fotoqrafların sərgisi - 25 iyul 2013-cü il, saat 20:00, Azərbaycan Dövlət Filarmoniyası (ünvan: İstiqlaliyyət küç., 2)