...

Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək (FOTO)

Mədəniyyət Materials 30 Sentyabr 2013 17:05 (UTC +04:00)
2013-cü il 23 oktyabr-2 noyabr tarixlərində Bakıda Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə Beynəlxalq Caz Festivalı keçiriləcək.
Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək (FOTO)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

2013-cü il 23 oktyabr-2 noyabr tarixlərində Bakıda Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə Beynəlxalq Caz Festivalı keçiriləcək. Ənənəvi olaraq dünyanın müxtəlif yerlərindən olan məşhur musiqiçilər şəhərimizin qonağı olacaqlar.

Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, festival çərçivəsində Heydər Əliyev Sarayı, Beynəlxalq Muğam Mərkəzi və Caz Mərkəzində dünya şöhrətli musiqiçilər - Coşua Redman, Kenni Qarret, Avişai Koen, Markus Miller, Bob Ceyms və Deyvid Senborn, Kristof Çex və başqalarının çıxışları gözlənilir.

Eyni zamanda, Azərbaycanın tanınmış ifaçıları - Salman Qəmbərov, Emil Əfrasiyab, Mircavad Cəfərov və istedadlı gənc caz musiqiçiləri festival konsertlərində solo proqramlarla çıxış edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti