...

Xanım İsmayılqızı: "İndi dünyanın hər yerində ayaqlara və çiyinlərə işləyən musiqilər yazılır"

Mədəniyyət Materials 30 Oktyabr 2013 17:23 (UTC +04:00)
"İndi dünyanın hər yerində ayaqlara və çiyinlərə işləyən musiqilər yazılır". Trend-in məlumatına görə, bunu tanınmış bəstəkar Xanım İsmayılqızı deyib.
Xanım İsmayılqızı: "İndi dünyanın hər yerində ayaqlara və çiyinlərə işləyən musiqilər yazılır"

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

"İndi dünyanın hər yerində ayaqlara və çiyinlərə işləyən musiqilər yazılır". Trend-in məlumatına görə, bunu tanınmış bəstəkar Xanım İsmayılqızı deyib.

Regional Televiziyanın "Gün başladı" verilişində müzakirə olunan "Müasir zamanda ən çox dinlənilən musiqilər" mövzusuna münasibət bildirən bəstəkar X.İsmayılqızı maraqlı açıqlamalar edib. O bildirib ki, kütlənin musiqi zövqünü müsbət istiqamətə dəyişmək bəstəkarlardan çox müğənnilərin üzərinə düşür:

"Dinlənilən "səviyyəsiz" mahnılar "qəribə-qəribə" adamlar tərəfindən yazılır. İndi dünyanın hər yerində ayaqlara və çiyinlərə işləyən musiqilər yazılır. Bu gün daha çox tələbat ayaqların və çiyinlərin oynamasınadır. Son zamanlar öz sözünü demiş, imzası tanınan bəstəkarlar geri çəkilib. Mən şəxsən son vaxtlar musiqidən geri çəkilmişəm".

Bəstəkar onu da qeyd edib, bu ara musiqilərinə aludə olan zövq müvəqqəti zövqdür, gəlib keçəçək: "Amma bu müddət ərzində əsas olan bizim musiqi zövqümüzdür ki, o da korlanır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti