...

Tahir Salahovun ev-muzeyində “Ulu öndər və incəsənət xadimləri” adlı tədbir təşkil olunub (FOTO)

Mədəniyyət Materials 29 Noyabr 2013 15:17 (UTC +04:00)
29 noyabr 2013-cü il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Tahir Salahovun ev-muzeyində “Ulu öndər və incəsənət xadimləri” adlı tədbir təşkil olunub.
Tahir Salahovun ev-muzeyində “Ulu öndər və incəsənət xadimləri” adlı tədbir təşkil olunub (FOTO)

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

29 noyabr 2013-cü il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Tahir Salahovun ev-muzeyində "Ulu öndər və incəsənət xadimləri" adlı tədbir təşkil olunub.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev açaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin qorunub saxlanması, inkişafı və dünyada təbliğində əvəzolunmaz rolu, həmçinin bu sahədə çalışan mədəniyyət və incəsənət xadimlərinə hər zaman göstərdiyi böyük diqqət barədə danışıb. İdarə rəisi, həmçinin dahi rəssam Tahir Salahovu 85 illik yubileyi münasibətilə ilə təbrik edərək, onun ev-muzeyinin yaradılması və fəaliyyəti barəsində qonaqlara məlumat verib.

Təhsil naziri Mikayıl Cabbarov çıxış edərək dahi rəssamı yubiley münasibətilə təbrik edib və xoş arzularını bildirib.

Tədbirdə daha sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təbrik məktubu səsləndirilib, rəssamın sənət dostlarından Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov, Bəstəkarlar ittifaqının sədri Firəngiz Əlizadə, Yazıçılar İttifaqının sədri Anar Rzayev və başqaları da çıxış ediblər.

Çıxışların ardınca görüş iştirakçılarına ilk olaraq "Ulu öndər və Tahir Salahov" adlı fotoguşə təqdim olunub.

Daha sonra M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov "Tahir Salahov. Biblioqrafiya" kitabını təqdim edib. Qeyd edək ki, bu əsər görkəmli rəssamın həyat və yaradıcılığına həsr olunmuş ilk biblioqrafik mənbədir.

Bundan başqa "Tahir Salahovun rəsmləri xalçada" adlı sərgi təqdim olunub, habelə "T.Salahov və Abşeron" yeni turistik marşrutun prezentasiyası keçirilib.

Tədbirin qonaqları Tahir Salahovun zəngin və çoxşaxəli yaradıcılığından ibarət sərgi ilə də tanış olublar. Sənətkarın portret janrında yaratdığı və bəstəkarlar Dmitri Şostakoviç, Qara Qarayev, Fikrət Əmirov, şairlər Rəsul Rza, Mirzə Ələkbər Sabir, violonçel ustası Mstislav Rostropoviç və digər görkəmli mədəniyyət xadimlərinə həsr etdiyi, öz müəllifinə dünya şöhrəti gətirmiş əsərlər qonaqların böyük marağına səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti