...

Azərbaycanla Rusiya arasında mədəniyyət sahəsində 2014-2016-cı illər üçün əməkdaşlıq proqramı imzalanıb

Mədəniyyət Materials 20 İyun 2014 17:52 (UTC +04:00)
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Rusiyaya səfəri çərçivəsində RF Mədəniyyət Nazirliyində "Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında mədəniyyət sahəsində 2014-2016-cı illər üçün əməkdaşlıq proqramı" imzalanıb.
Azərbaycanla Rusiya arasında mədəniyyət sahəsində 2014-2016-cı illər üçün əməkdaşlıq proqramı imzalanıb

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Rusiyaya səfəri çərçivəsində RF Mədəniyyət Nazirliyində "Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında mədəniyyət sahəsində 2014-2016-cı illər üçün əməkdaşlıq proqramı" imzalanıb.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sənədi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Rusiyanın mədəniyyət naziri Vladimir Medinski imzalayıblar.

Nazir Əbülfəs Qarayev idarələrarası əməkdaşlıq proqramının imzalanmasından sonra jurnalistlərə bildirib ki, iki dövlət arasında humanitar siyasət sahəsində əməkdaşlıq haqqında dövlətlərarası müqavilə mövcuddur. Bu müqavilə elm, mədəniyyət, təhsil və digər sahələri əhatə edir: "Ümidvarıq ki, iki ildən sonra biz yenə də müqavilə imzalayacağıq və birgə səylərimizi bu müqavilə çərçivəsində davam etdirəcəyik".

Rusiyanın mədəniyyət naziri Vladimir Medinski bildirib: "Rusiya ilə Azərbaycanı təkcə müqavilə deyil, həm də istər nazirlik, istərsə də regionlar səviyyəsində daimi sıx fəaliyyət bağlayır. Bir sıra regionlar Azərbaycanın mədəniyyət müəssisələri ilə birbaşa çox səmərəli işləyirlər".

Əbülfəs Qarayev fəxri qonaq qismində 36-cı Moskva Beynəlxalq Kinofestivalının açılış mərasimində də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti