...

"Kosmosda Yeni il əhvalatı" filminin təqdimatı (FOTO)

Mədəniyyət Materials 18 Dekabr 2014 12:49 (UTC +04:00)
Tusi Bohm Planitarium Yeni ildə uşaqlara və böyüklərin marağına səbəb olacaq bir film hədiyyə edir.
"Kosmosda Yeni il əhvalatı" filminin təqdimatı (FOTO)

Azərbaycan, Bakı, 18 dekabr /Trend/

Tusi Bohm Planitarium Yeni ildə uşaqlara və böyüklərin marağına səbəb olacaq bir film hədiyyə edir. Ənənəsinə sadiq qalraq Tusi Bohm Planitarium dünya planitariumlarında gedən filmləri Azərbaycan dilinə tərcümə edir. Film Donetsk Planitariumunun istehsalıdır. Filmi Azərbaycan dilində səsləndirənlər əməkdar artistlər Allahveri Yolçuyev və Nəcibə Hüseynovadır

Tusi Bohm Planitariumun direktoru Famil Mustafanın sözlərinə görə "Bu film uşaqlara əylənməklə yanaşı həm də öyrənəcəklər. Hər yeni il gələndə, onlar göy üzünə baxıb, ulduzları, bürcləri, planetləri taniya biləcəklər. Çünki bu filmdə kosmosa qovulmuş küpəgirən qarı Yeni İldə gecə göyündə olan bürclərdən, planetlərdən və kametlərdən öz planetinini soruşur. Fİlmlərimizin vaxti 30 dəqiqədir, düşünün bəlkə də bir neçə kitabdan öyrənə biləcəcklərini körpələr bu müddət ərzində daha tez yadda saxlaya bilirlər." Onun szlərinə görə yeni ildə Tusi Bohm Planitarium daha yeni filmlər gətirəcək. Fİlm uşaqların qış tətili bitənə qədər onların ixtiyarında olacaq.

Filmdə küpəgirən qarı yeni ildə sehrli kosmosa düşür. Onu kosmosda qiş göyünün personajları, kometalar və planetlərlə görüş gozləyir. Görəsən Küpəgirən qarı öz planetini tapıb Yeni İli qarşılaya biləcəkmi?

Şamaxi Astrofizika Rəsəsdxanasının direktoru Əyyub Quliyev və "Azərsun" Holdinqin vitse- prezidenti Tahir Gözəl filmin nümayişinə dəvət olunmuş xüsusi qonaqlara Tusi Bohm Planitarium haqda danışdılar. "Azərsun" Holdinqin vitse- prezidenti Tahir Gözəl "Uşaqlara Kosmosa öz evləri kimi sevməyi tövsiyyə etdi. Tusi Bohm Planitarium sizə bilmədiklərinizi , sizin üçün əlçatmaz görünən planetləri daha da yaxın edir." dedi.

TB Planetarium - Azərbaycanda müasir dövr üçün ən son nəsil texnologiya ile təchiz olunmuş ilk planetariumdur. Planetariumda 8K prinsipi əsasında çalışan 2 çox güclü və dəqiq proyektorla 10 m-lik ekranda alınan xəyal ilə tamaşaçılar kosmosun ənginliklərinə səyahət edə bilərlər.

Bu məkan bütün yaş təbəqələrini əhatə edir və əhaliyə maarifləndirmə və bilik vermə funksiyasını daşıyır.

Planetariumun proqram təminatı səmanın istənilən yerinə istənilən anda səyahət etməyə, milyon illər ərzində baş verən prosesləri bir neçə dəqiqəyə qədər qısaldılıb müşahidə etməyə, mövzuya aid xüsusi film, şou, ekskursiya hazırlamağa imkan verir. Burda filmlər, cizgi filmləri, kosmosa səyahət, sənədli filmlər nümayiş olunacaq.

Planetariumda elmi-maarifləndirmə məqsədi daşıyan sənədli filmlərlə yanaşı aparıcı-ekskursiya rəhbəri tərəfindən hazırlanmış xüsusi şou-proqramlar da təşkil olunacaq.

Planetarium 58 tamaşaçı üçün nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti