Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Mejev şəhərində Azərbaycan mədəniyyət günlərinin açılışı olub (FOTO)

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Mejev şəhərində Azərbaycan mədəniyyət günlərinin açılışı olub (FOTO)

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Azərbaycanı Fransada daha yaxından tanıtmaq məqsədilə Heydər Əliyev Fondunun təşkilatçılığı və bu ölkədəki səfirliyimizin dəstəyi ilə həyata keçirilən "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyətləri" layihəsi çərçivəsində yanvarın 17-də Savua regionunun Mejev şəhərində Azərbaycan mədəniyyət günlərinin təntənəli açılışı olub.

Trend AzərTAc-a istinadən xəbər verir ki, tədbiri açan şəhərin meri xanım Kristin Jülyən-Breş Xəzər dənizinin sahilində yerləşən Azərbaycanın qədim sivilizasiya məkanı kimi artıq dünyada tanındığını, yalnız mədəniyyəti ilə deyil, yeraltı sərvətləri ilə də zəngin olduğunu, Şərqi Avropanın, Asiyanın və Yaxın Şərqin qovşağında yerləşdiyini diqqətə çatdırıb.

Ölkəmizin 1991-ci ildə müstəqilliyini bərpa etdiyini xatırladan mer Azərbaycanın Fransa ilə müxtəlif sahələrdə əlaqələrini genişləndirdiyini xüsusi vurğulayıb.

Fransanın Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət olmasını diqqətə çatdıran Kristin Jülyən-Breş ikitərəfli əməkdaşlığın inkişaf etdiyini, Prezident İlham Əliyevin bu ölkədə dəfələrlə səfərdə olduğunu, sabiq prezident Nikolya Sarkozinin və hazırkı dövlət başçısı Fransua Ollandın Azərbaycana səfər etdiklərini bildirib.

Hər iki ölkədə çoxlu sayda dostluq qruplarının təşkilinin fransız xalqı ilə Azərbaycan xalqının bir-birini tanımaqda müstəsna rol oynadığını qeyd edən mer Qusar rayonu ilə Mejev şəhəri arasında dostluq xartiyasının imzalanmasının bunun bariz nümunəsi olduğunu vurğulayıb. O, Mejevlə Qusarın dağlıq ərazidə yerləşməsinin dostluq əlaqələrinin yaranmasında başlıca amil kimi dəyərləndirib.

Azərbaycana səfəri çərçivəsində Qusar rayonu ilə yaxından tanış olduğunu diqqətə çatdıran Kristin Jülyən- Breş Şahdağın ətəyində müasir tələblərə cavab verən xizək meydançasının Avropadakılardan heç də geri qalmadığını vurğulayıb.

Mer Azərbaycanın mədəniyyət günlərinin təşkilnə görə Heydər Əliyev Fonduna və onun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkür edib.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Azərbaycan mədəniyyəti günlərinin keçirilməsinin Mejev şəhəri üçün əlamətdar olduğunu, təbiətin öz gözəlliyini bu şəhərdən əsirgəmədiyini söyləyib. O, Azərbaycan ilə Fransa arasında dostluq əlaqələrinin tarixən mövcudluğunu diqqətə catdırıb və hər iki ölkə arasında həm iqtisadi, həm də mədəni sahələrdə əlaqələrin ildən-ilə inkişaf etdiyini, bu münasibətlərin yaranmasında Azərbaycanın və Fransanın dövlət başçılarının apardıqları siyasətin böyük rol oynadığını xüsusi vurğulayıb. Azərbaycan ilə Fransa arasında yaranan dostluq əlaqələrinin artıq əyalətlər səviyyəsində inkişaf etdirildiyini bildirən icra başçısı ötən ilin avqustunda Qusar ilə Mejev arasında dostluq xartiyasının imzalanmasını buna bariz misal kimi göstərib. Ş.Alxasov hər iki tərəfin müxtəlif sahələrdə əməkdaşlıqda maraqlı olduğunu bildirib, Mejev ilə Qusar arasında bünövrəsi qoyulan dostluğun dünyada əmin-amanlığa töhfə vermək məqsədi daşıdığını diqqətə çatdırıb.

Fransa Milli Assambleyasının deputatı, Azərbaycan Dostları Assosasiyasının sədri Jan-Fransua Mansel Azərbaycanın zəngin və son dərəcədə maraqlı ölkə olduğunu, iki ölkənin xalqları arasında əlaqələrin sürətlə inkişaf etdiyini, respublikamızın müstəqilliyini uğurla qoruyub saxladığını bilirib.

Azərbaycanın bütün dünyada, o cümlədən Fransada artıq kifayət qədər tanındığını vurğulayan deputat respublikamızın müsəlman ölkəsi olmasına baxmayaraq dünyəvi və tolerant dövlət olduğunu, müxtəlif millətlərinin nümayəndələrinin əsrlər boyu yerli xalqla mehribanlıq və dostluq şəraitində yaşadıqlarını, onların arasında heç bir problem olmadığını qeyd edib. O, Prezident İlham Əliyevin Fransa ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Azərbaycanı Fransada tanıtmaqda Heydər Əliyev Fondunun rəhbəri, birinci xanım Mehriban Əliyevanın təşəbbüsünü yüksək qiymətləndirən deputat məhz Fondun sayəsində Fransanın müxtəlif regionlarında və şəhərlərində təşkil olunan tədbirlərin ölkəmizin zəngin mədəni dəyərlərinin fransızlara təbliğində müstəsna əhəmiyyət daşıdığını bildirib.

Hər hansı ölkəni daha yaxından tanımaq, adət-ənənələri ilə tanışlıq üçün həmin ölkədə olmağın vacibliyini diqqətə çatdıran Jan-Fransua Mansel fransızları Azərbaycana səfər etməyə, bu ilin iyununda Bakıda keçiriləcək ilk Avropa Oyunlarında iştirak etməyə çağırıb.

Azərbaycanın Fransa ilə müxtəlif sahələrdə əməkdaşlığın inkişafına böyük maraq göstərdiyini diqqətə çatdıran səfir Elçin Əmirbəyov Prezident İlham Əliyevin 2012-ci ildə Fransaya səfərini, dövlət başçısı Fransua Olland ilə birlikdə Luvrda İslam İncəsənəti Muzeyi departamentinin təntənəli açılışında iştirak etdiklərini xatırlatdı. Diplomat, həmçinin Fransa Prezidentinin ötən ilin mayında Azərbaycanda səfərdə olduğunu, Parisdə vaxtaşırı Azərbaycan mədəniyyəyi günləri ilə bağlı tədbirlərin keçirildiyini, ötən ilin sentyabrında paytaxtın San-Sülpis meydanında təşkil olunan "Azərbaycan şəhərciy"nin buna əsl nümunə olduğunu bildirib.

Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycanın iqtisadi tərəqqisinə görə Cənubi Qafqazda lider dövlətə çevrildiyini diqqətə çatdıran diplomat regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının müvəfəqiyyətlə icra olunduğunu, bölgələrdə müasir infrastrukturun yaradıldığını söyləyib.

Ölkəmizi Fransada tanıtmaq istiqamətində mühüm işlər görən Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə bu ölkənin artıq 23 şəhərində "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində tədbirlərin keçirilməsindən bəhs edən E.Əmirbəyov bu səpgidə tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.

Azərbaycanın təbii sərvətlərlə yanaşı, zəngin tarixə və mədəniyyətə sahib olduğunu xüsusi vurğulayan səfir 1918-ci ildə müsəlman Şərqində ilk dəfə məhz ölkəmizdə parlamentli respublikanın yaranması, qadınlara səsvermə hüququnun verilməsi, 1991-ci ildə isə respublikamızın müstəqilliyini bərpa edərək sürətlə inkişaf etməsi və modernləşməsi barədə məlumat verib.

Çıxışlardan sonra Mejev meriyasının rəsmiləri, şəhərin qonaqları əvvəlcə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən eksponatların nümayiş etdirildiyi, eləcə də Qusar rayonunun təbiəti, bu rayondan olan rəssam, Azərbaycan və SSRİ Rəssamlar İttifaqının üzvü, əsərləri müxtəlif ölkələrin muzeylərində saxlanılan və sərgilərində nümayiş etdirilən Əliyar Əlimirzəyevin rəsm əsərlərindən ibarət və "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" sərgilərində təqdim edilən eksponatlarla yaxından tanış olublar.

Sərgi yanvarın sonunadək davam edəcək.

Tədbirdə Əməkdar Artist, virtuaz ifaçı İsfar Sarabskinin rəhbərlik etdiyi caz qrupu Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndirib.

Mejevdə mədəniyyəti günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən orta məktəb şagirdlərinə Azərbaycan həqiqətləri barədə ətraflı məlumat verilib və onlara ölkəmizin şirniyyatları təqdim edilib.

Sonda iştirakçılara Azərbaycanın zəngin mətbəxinin ləziz nümunələri təqdim olunub.

Fevralın 26-da xarici valyutaların manata qarşı məzənnələri
Fevralın 26-da xarici valyutaların manata qarşı məzənnələri
Bank Respublika 2019 – 2020-ci illərdə keçirdiyi layihələr üzrə “Ən fəal bank” mükafatını qazanıb
Bank Respublika 2019 – 2020-ci illərdə keçirdiyi layihələr üzrə “Ən fəal bank” mükafatını qazanıb
“AccessBank”da yeni İcraçı Direktorlar təyin edilib (FOTO)
“AccessBank”da yeni İcraçı Direktorlar təyin edilib (FOTO)
Loading Bars
Xəbər lenti
Kanadada koronavirusa qarşı "AstraZeneca" peyvəndinin istifadəsinə icazə verilib
ABŞ Səudiyyə Ərəbistanının 76 vətəndaşına qarşı viza məhdudiyyətləri tətbiq edib
Britaniyada daha 8 523 koronavirusa yoluxma hadisəsi qeydə alınıb
Prezident İlham Əliyev: Ermənistana “İsgəndər” raketləri veriləndə mən demişdim ki, bu, düzgün addım deyil
Prezident İlham Əliyev: 10 noyabr tarixli Bəyanat mahiyyətcə elə de-fakto sülh sazişidir
Prezident İlham Əliyev: Zəngilan rayonunun üç kəndində “ağıllı kənd” layihəsi həyata keçiriləcək
Strasburqda Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan tədbirlər keçirilib (FOTO)
Ermənilər elə təəssürat yaratmağa çalışırdılar ki, guya Xocalı faciəsini azərbaycanlılar törədib - Alim
Bakıda iki minik avtomobili toqquşub
Türkiyədə son sutkada koronavirusdan 10 282 nəfər sağalıb
Azərbaycan Avrasiyada miqyasına görə üçüncü qaz hasilatçısına çevriləcək - Hesabat
BMT TŞ vaksinasiya ilə bağlı qətnamə qəbul edib
Avropa Şurası Cənubi Qafqaz üzrə xüsusi nümayəndənin mandatını uzadıb
Ankaranın Atakule zirvəsi Xocalı soyqırımı şəhidlərinin xatirəsinə Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə işıqlandırılıb
Prezident İlham Əliyev: Türkiyə özü müəyyən edəcək ki, Ermənistanla sərhədlər nə zaman açıla bilər
Xocalı faciəsinin səbəblərini və günahkarlarını araşdırmaq lazımdır - Rusiyalı politoloq
Xocalı hadisələrinin şahidi öz xatirələrini bölüşüb
Xocalı Soyqırımını “Unutmadıq, unutdurmayacağıq!” (FOTO)
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanın enerji sektorunda 2 layihə reallaşdırır
Polkovnik Elxan İbrahimov öz vəzifəsindədir - Müdafiə Nazirliyi
Yalnız sıx əməkdaşlıq Cənubi Qafqaz regionunun demilitarizasiyasına xidmət edə bilər - Komitə sədri
MDU-nun tələbələri Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirib (FOTO)
Ailə kəndli təsərrüfatı üzvlərinə elektron vəsiqənin verilməsi qaydası müəyyənləşib
Azərbaycan könüllüləri dünyanı Xocalı soyqırımına səssiz qalmamağa çağırıb (FOTO)
Bu il sosial sahədə e-yeniliklərin tətbiqi daha da genişlənəcək
Dövlət başçısı hər bir sualı cavablandırdıqca, həm də müvafiq mesajlar ötürürdü - Arzu Nağıyev (VİDEO)
AXC-Müsavat cütlüyü hərbi qüvvələri öz məkrli məqsədləri üçün istifadə edirdi - Deputat
Azərbaycan Prezidenti: Bu gün sülhməramlı missiyasının nəzarətində olan torpaqlara da azərbaycanlılar qayıtmalıdırlar, qayıdacaqlar
Kişinyov şəhərində Xocalı soyqırımının qurbanları yad edilib
Prezident İlham Əliyev: Rusiya və Azərbaycan dost ölkələrdir
Alman alim Xocalı qətliamından yazıb
Prezident İlham Əliyev: Ermənistandakı böhran, orada siyasi mübarizənin nəticələri bizim planlarımıza təsir edə bilməz
Azərbaycan Prezidenti: Monitorinq Mərkəzi post-müharibə dövrü üçün çox önəmli bir alət olaraq fəaliyyət göstərəcək
Prezident İlham Əliyev: Xocalı soyqırımı törədiləndə dünya susmuşdu
NATO-nun mənzil-qərargahında Xocalı soyqırımını anım tədbiri keçirilib (FOTO)
Şuşada Xocalı qurbanları yad edilib (VİDEO)
Azərbaycandan Türkiyəyə qaz tədarükü 19 faiz artıb
Ədliyyə orqanlarında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
İordaniyada Xocalı soyqırımı ilə əlaqədar anım gecəsi keçirilib (FOTO)
“Xocalı - faciədən doğan intiqam” adlı tədbir keçirilib (FOTO)
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Rektor Şahin Bayramov Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı açıqlama verib
Xocalı soyqırımı - insanlığa qarşı amansız terror!
Ankarada Xocalı soyqırımına həsr olunan anım mərasimi keçirilib
Gənclər təşkilatları “Ana harayı” abidəsini ziyarət etdi (FOTO)
Xocalı soyqırımı dünya mediasında geniş işıqlandırılıb
Estoniyadan diri quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət tətbiq olundu
Ermənilər hamilə əmim qızını öldürdülər - Faciədə hər iki valideynini itirən Xocalı şahidi
ADU-nun Tərcümə fakültəsində “Xocalı soyqırımından Qarabağ zəfərinə” adlı tədbir keçirilib
"ADY Container" MMC Türkmənistandan Türkiyəyə kükürd daşıyır
Azərbaycanda çay plantasiyalarının güzəştli sığortası başlayıb
Bu mətbuat konfransı Azərbaycanın beynəlxalq informasiya məkanında növbəti əzəmətli qələbəsidir - Hikmət Hacıyev
Baş İdarə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib
Qazaxıstan və Azərbaycan “Satti” qurğusunun quyu qazması barədə razılıq əldə edib
Milli Məclisdə Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisi təşkil olunub
Azərbaycan Prezidenti: Bəzilərinin gözləntiləri həddindən artıq çoxdur, amma hər şeyin öz vaxtı, öz yeri var
AzTU tələbələri işlə təmin etmək üçün taksi xidməti yaratdı
Tbilisidə Xocalıya həsr edilmiş anım mərasimi və fləşmob təşkil edilib (FOTO)
AMEA-da virtual laboratoriyalar yaradıla bilər
BTC vasitəsilə Türkiyəyə neft nəqli azalıb
Türkiyə gəncləri ‘XOCALIYA ƏDALƏT’ tələb edir (FOTO)
AHİK Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı
Azercell ilə TikTok indi daha əlçatandır!
Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş videokonfrans keçirildi (FOTO)
Bütün ölkədə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub (FOTO)
Ermənistan prezidenti Paşinyana qarşı çıxdı: Baş qərargah rəisi vəzifəsində qalır
Azərbaycan Prezidenti: Minalanmış sahələrin xəritələrini verməmək cinayətdir
Azərbaycan könüllüləri Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat veriblər
Prezident İlham Əliyev: Azərbaycana xoş gəlmisiniz plakatı nəyə görə Ermənistanda hər hansı bir qıcıq doğurur
Azərbaycan iqlim dəyişmələri ilə mübarizə üçün plan hazırlayır
Prezident İlham Əliyev: 10 noyabr Bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır
Varşavada Xocalıya həsr olunmuş məlumatlandırma aksiyası təşkil edilib (FOTO)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib
Xocalı həqiqətləri Avropanın nüfuzlu media orqanında
Azərbaycan Prezidenti: Müharibə bitəndən 20 gün sonra hərbi əsir ola bilməz, bunlar terrorçu və təxribatçılardır
Bizi Qarabağdakı əsas tapşırıqdan heç nə yayındırmamalıdır - Mariya Zaxarova
Dövlətimiz şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir - Deputat
Yeni və təcrübəsi az olan nəzarətçi-müəllimlər üçün seminar-məşğələləri yekunlaşıb
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan "www.khojalytoday.com" saytı təqdim edilib (FOTO/VİDEO)
Diaspor təşkilatı Avstriyanın Federal kanslerini Xocalı soyqırımını tanımağa çağırıb
ABŞ-ın Sanni Ayles Biç şəhərində 26 fevral tarixi Xocalının anım günü elan edilib (FOTO)
Baş Prokurorluğun nümayəndələri beynəlxalq tədbirə qatılıb
Putin Təhlükəsizlik Şurasının iclasında Qarabağı müzakirə etdi
Dinc sakinlərə qarşı aqressiya bunu törədənin zəifliyinin göstəricisidir - Rusiyalı ekspert
Danimarka rəsmilərinin diqqəti Xocalı soyqırımına cəlb edilib
“Muğanbank” ASC-nin reytinqləri üzrə proqnoz yenidən baxılaraq, “Neqativ”-dən “Stabil”-ə dəyişdirilmişdir
Portuqalıya kinoşirkəti “STORY of KHOJALI” adlı film ekranlaşdırıb (VİDEO)
Azərbaycanda 180 nəfər COVID-19-dan sağalıb, 219 nəfər yoluxub, 4 nəfər vəfat edib
Qəbələdə ağac kəsən şəxs cəzalandırılıb
Srebrenitsa anaları Ağdamda olublar (FOTO)
Əfv komissiyası hansı müraciətlərə baxıb?
Xocalı faciəsinin 29-cu ildönümü Bolqarıstanda anılıb (FOTO)
Şirvanda qadını öldürməkdə şübhəli bilinən şəxslər tutuldu
Azərbaycan və Pakistan diaspor gənclərinin əməkdaşlıq perspektivləri müzakirə edilib
Naqif Həmzəyev “A Haber” televiziya kanalında Xocalı soyqırımından danışıb (FOTO/VİDEO)
Müdafiə Nazirliyinin rəhbər heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib (FOTO)
“Azərsun Holdinq” Xocalı faciəsini yad edib (FOTO)
ADU-nun Çinşünas tələbələri Xocalı faciəsini yad edib (FOTO)
Prezident İlham Əliyev 4 saatdan çox davam edən konfransda 50-yə yaxın sualı cavablanıdırb
Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə görə 304 erməni axtarışa verilib - Baş prokuror
Bütün xəbərlər