Azərbaycan, Bakı, 21 aprel /Trend/
25-26 aprel 2015-ci il tarixində "Tourfilm - Riqa 2015" 8-ci Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanın da təmsil olunacağı festivalda "Lahıc" (rejissor Tofiq Şahverdiyev) filmi "Mədəni turizm" və "Ekoturizm" nominasiyalarında, "Vulkanın nəfəsi" (rejissor Adil Azay) filmi isə "Ekoturizm" nominasiyasında yarışacaq. Hər iki film dövlət sifarişi ilə "Azanfilm" studiyasında istehsal edilib.
Festivalın proqramında ümumilikdə beş nominasiya üzrə iki yüzə yaxın film yer alıb.