...

Azərbaycanın daha bir şairinin divanı tapıldı

Mədəniyyət Materials 23 Aprel 2015 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutu daha bir Azərbaycan şairinin divanını əldə edib.

İnstitutdan Trend-ə verilən məlumata görə, Ağqoyunlular və Səfəvilər dövründə yaşamış (XV-XVI əsrdə) Azərbaycan şairi Əhməd Şövqi Təbrizinin lirik şeirləri toplusunun - divanının Ankara Milli Kitabxanasında saxlanan nüsxəsinin surəti tapılıb.

Təzkirələrdə verilən məlumata görə, Şövqi Təbrizi uzun ömür yaşayıb, Şah İsmayıl Xətainin oğlu Sam Mirzənin katibi - münşisi vəzifəsini icra edib, sonradan mühacirət edərək 1547-ci ildə Kabildə vəfat edib.

Şairin anadilli divanına onun qəzəl, qəsidə, mürəbbe, müxəmməs, tərkibənd, tərcibənd, mərsiyə, müstəzad, rübai, bayatı və gəraylılar daxildib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti