...

Avropa Oyunlarında milli geyim və rəqslərimiz təbliğ olunur

Mədəniyyət Materials 18 İyun 2015 17:20 (UTC +04:00)
I Avropa Oyunları günlərində Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan milli geyimlərinin təbliğinə həsr olunmuş “Milli geyimlərimizin dünəni və bu günü” adlı layihənin icrasına başlanılıb.
Avropa Oyunlarında milli geyim və rəqslərimiz təbliğ olunur

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

I Avropa Oyunları günlərində Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan milli geyimlərinin təbliğinə həsr olunmuş "Milli geyimlərimizin dünəni və bu günü" adlı layihənin icrasına başlanılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, layihənin əsas məqsədi Bakı-2015 birinci Avropa Oyunlarına xarici ölkələrdən gəlmiş idmançı və turistlərə Azərbaycanın zəngin mədəniyyətinin bir parçası olan milli geyimlərimiz və rəqslərimiz haqqında məlumatlandırmaqdır.

Bu gün "Azneft" meydanında Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin iştirakı ilə milli rəqslərdən ibarət maraqlı kompozisiya proqramı təqdim ediləcək.

Daha sonra Azneft meydanından Fəvvarələr meydanına qədər milli geyimli gənclərin yürüşü təşkil olunacaq. Tədbirin yekunu olaraq Fəvvarələr meydanında milli musiqimizdən ibarət konsert proqramı təşkil olunacaqdır.

Tədbir zamanı turistlərə və tamaşaçılara Azərbaycan bayrağı, Azərbaycan haqqında bukletlər, kitabçalar və müxtəlif suvenirlər paylanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti