...

Azərbaycanlı violen ifaçısı Avstriyada ustad dərslərində iştirak edəcək

Mədəniyyət Materials 5 Avqust 2015 12:58 (UTC +04:00)
Prezident təqaüdçüsü, gənc violen ifaçısı Elvin Xoca Qəniyev Avstriyanın Zalsburq şəhərində ustad dərslərində iştirak edəcək.
Azərbaycanlı violen ifaçısı Avstriyada ustad dərslərində iştirak edəcək

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Prezident təqaüdçüsü, gənc violen ifaçısı Elvin Xoca Qəniyev Avstriyanın Zalsburq şəhərində ustad dərslərində iştirak edəcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda Türkiyənin Ankara şəhərində yaşayan gənc istedadlı violen ifaçısı, Azərbaycan Respublikasının Prezident təqaüdçüsü E.Qənyev 10-22 avqust tarixində Avstriyanın Zalsburq şəhərində keçiriləcək professor Zahar Bronun ustad dərslərində iştirak etməyə dəvət alıb. Azərbaycan Prezidentinin 2011-ci il 7 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına müvafiq olaraq E.Qəniyevin professor Z.Bronun ustad dərslərində iştirakı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təmin olunacaq.

E.Qəniyev kiçik yaşlarından onlarla beynəlxalq festival və müsabiqədə uğurla iştirak edib. O, K.Lipinski və Q.Venyavski adına gənc violen ifaçılarının XI beynəlxalq müsabiqəsinin (Polşa), P.İ.Çaykovski adına gənc musiqiçilərin beynəlxalq müsabiqəsinin (İsveçrə), "Klassik irs" (Rusiya), "Madrid gecələri" (İspaniya) kimi nüfuzlu beynəlxalq müsabiqələrin laureatıdır. 2010-cu ildə İtaliyada keçirilmiş gənc musiqiçilərin beynəlxalq müsabiqəsində qələbəsindən sonra E.Qəniyev Roma Papası tərəfindən Ordenlə təltif olunub. Gənc musiqiçi bu il oktyabr ayında ABŞ-ın Nyu-York şəhərində Karneqi-hall salonunda konsertdə və gələn 2016-cı ildə Polşada beynəlxalq müsabiqədə iştirak etməyə hazırlaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti