Azərbaycan, Bakı, 23 sentyabr /Trend/
Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şair Məmməd Aslan vəfat edib.
M.Aslan 1939-cu il dekabrın 24-də Azərbaycanın Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olub.
"Ulduz", "Azərbaycan təbiəti" jurnallarında, "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyalarında işləyib, "Yazıçı" nəşriyyatında böyük redaktor vəzifəsində çalışıb.
M.Aslanın AzTV-də hazırladığı "Dərədən-təpədən" verilişi ilə böyük tamaşaçı sevgisi qazanmışdı, son illər "Xəzər" televiziyasında müəllif verilişi ilə çıxış edirdi.
Bir sıra beynəlxalq və respublika mükafatları laureatıdır. "Şöhrət" ordeni ilə təltif edilib.
Allah rəhmət eləsin!