...

Həftəsonu üçün 8 tamaşa (FOTO)

Mədəniyyət Materials 27 Noyabr 2015 15:47 (UTC +04:00)
3 yeni səhnə əsərinin məşq prosesinə start vermiş (“Mehmanxana sahibəsi” (K.Qaldoni), “Arzu və Murad” (S.Elsevər), “Mauqli” (P.Nurəliyeva) Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonuna qədər 8 tamaşa nümayiş etdirəcək.
Həftəsonu üçün 8 tamaşa (FOTO)

Bakı. Trend:

3 yeni səhnə əsərinin məşq prosesinə start vermiş ("Mehmanxana sahibəsi" (K.Qaldoni), "Arzu və Murad" (S.Elsevər), "Mauqli" (P.Nurəliyeva) Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonuna qədər 8 tamaşa nümayiş etdirəcək.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gündən bazar günü də daxil olmaqla Gənc Tamaşaçılar Teatrında teatrsevərlər Ə.Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları" (26.11.2015, saat 14.00), M.F.Axundzadənin "Hacı Qara" (27.11.2015, saat 14.00 və 16.00), məktəblilər üçün Y.Şvartsın "Qırmızı papaq" (28.11.2015, saat 10.00 və 12.00), H.X.Andersenin "Çirkin ördək balası" (29.11.2015, saat 12.00), böyüklər üçün H.Cavidin "Şeyx Sənan" (28.11.2015, saat 19.00) və C.Cabbarlının "Aydın" (29.11.2015, saat 19.00) tamaşalarını izləyə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti