...

Eldar Quliyev "Milli kino" mükafatına layiq görülüb

Mədəniyyət Materials 14 Yanvar 2016 15:07 (UTC +04:00)
Məşhur kinorejissor Eldar Quliyev "Milli kino" mükafatına layiq görülüb.
Eldar Quliyev "Milli kino" mükafatına layiq görülüb

Bakı. Trend:

Məşhur kinorejissor Eldar Quliyev "Milli kino" mükafatına layiq görülüb.

Azərbaycan Respulikası Kinematoqrafçılar İttifaqından Trend-ə verilən məlumata görə, qurumun İdarə Heyətinin qərarı ilə Azərbaycanın xalq artisti, kinorejissor Eldar Tofiq oğlu Quliyev 75 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycan kinosuna verdiyi töhfələrə görə "Milli kino" mükafatına layiq görülüb.

Görkəmli bəstəkar Tofiq Quliyevin ailəsində dünyaya gələn Eldar Quliyev Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. O, ilk böyük ekran əsəri olan "Bir cənub şəhərində" filmi ilə Azərbaycan kinosunda yeni mərhələnin təməlini qoyub.

E.Quliyev "Babək", "Ən vacib müsahibə", "Var olun, qızlar...", "Ürək... Ürək...", "Nizami", "Nə gözəldir bu dünya...", "Girov", "İstanbul reysi", "Dərvişin qeydləri" və digər filmlərə quruluş verib. Çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda mükafatlara layiq görülüb. Hazırda "Debüt" studiyasının bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino kafedrasının professoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvüdür.

Dövlət Mükafatı laureatı olan E.Quliyev "Xalq artisti" fəxri adına layiq görülüb, "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti