...

Mingəçevir Dövlət Dram Teatrında yeni təyinatlar

Mədəniyyət Materials 14 Yanvar 2016 16:11 (UTC +04:00)
Mingəçevir Dövlət Dram Teatrının direktoru vəzifəsini icra edən Səxavət Məmmədov teatrın direktoru vəzifəsinə, Xəzər Gəncəli isə baş rejissor vəzifəsinə təyin olunublar.
Mingəçevir Dövlət Dram Teatrında yeni təyinatlar

Bakı. Trend:

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin əmrinə əsasən Mingəçevir Dövlət Dram Teatrının direktoru vəzifəsini icra edən Səxavət Məmmədov teatrın direktoru vəzifəsinə, Xəzər Gəncəli isə baş rejissor vəzifəsinə təyin olunublar.

Trend nazirliyə istinadən xəbər verir ki, 12 yanvar 2016-cı il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı ilə teatrın kollektivinə bu barədə məlumat verilib və yeni baş rejissor kollektivə təqdim olunub.

Tədbirdə Azərbaycan Prezidentinin 30 dekabr 2015 ci il tarixli sərəncamı ilə "Əməkdar artist" adına layiq görülmüş teatrın aktyoru Yaqubov Şıxı Miriş oğlu bu münasibətlə təbrik edilib və fəxri adın verilməsini ölkə rəhbərliyinin Mingəçevir şəhərində mədəniyyətə diqqətinin təzahürü kimi qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti