...

Aşıq həm aktyor olmalıdır, həm rəqqas...(VİDEO)

Mədəniyyət Materials 9 Fevral 2016 12:01 (UTC +04:00)
Aşıq Əli lirik mahnı lentə yazdırıb.
Aşıq həm aktyor olmalıdır, həm rəqqas...(VİDEO)

Bakı. Trend:

Aşıq Əli lirik mahnı lentə yazdırıb. Trend-in məlumatına görə, "Qəribəm" adlanan mahnının musiqisi Hacı Nazimə, sözləri Aqşin Fatehə məxsusdur. Aşıq bu mahnını efirlərdə ifa etməyəcəyinə söz verib. Səbəbini isə belə izah edib: "Aşıq olduğum üçün o ifanı heç kim məndən gözləmirdi. Estrada janrında olduğu üçün mahnıyla bağlı qərar vermişəm. Bu mahnı ancaq radio dalğalarında,saytlarda səsləndiriləcək. Əlimə mükrafon alıb, efirdə səsləndirməyəcəm. Estrada janrı olduğu üçün mənə yaraşmaz. Bunu aşıq olduğum üçün deyirəm. Tənqidlərdən qorxmuram, kimsə nəsə söyləsə fikir bildirəcəm. Amma aşıq sənətinə uyğun görmədiyim üçün belə bir qərar verdim".

Aşıq sənətindən söz salan Əli daha sonra bunları deyib: "Aşıq həm aktyor olmalıdır, həm rəqsi bacarmalıdır, saz ifası gözəl olmalıdır. Dastançılıq üçün aktyorluq önəmlidir. Bunlardan biri kasad olanda, natamamlıq özün biruzə verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti