...

“Arşın mal alan” “Şahdağ”da (FOTO)

Mədəniyyət Materials 23 Mart 2016 09:51 (UTC +04:00)
“Şahdağ” Turizm Mərkəzində Novruz bayramı münasibətilə keçirilən tədbirlər çərçivəsində Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında hazırlanan “Arşın mal alan” musiqili komediyası səhnəyə qoyulmuşdur.
“Arşın mal alan” “Şahdağ”da (FOTO)

Bakı. İlhamə İsabalayeva-Trend:

"Şahdağ" Turizm Mərkəzində Novruz bayramı münasibətilə keçirilən tədbirlər çərçivəsində Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında hazırlanan "Arşın mal alan" musiqili komediyası səhnəyə qoyulmuşdur.

Mərkəzdən Trend-ə verilən məlumata görə, bir əsrdən artıq yaşı olan əsərin səhnələşdirilməsində Qusar Dövlət Ləzgi Dram Teatrının 12 nəfərdən ibarət aktyor heyəti iştirak etmişdir. Azərbaycan teatr tarixində xüsusi yeri olan və dahi bəstəkarın ölməz irsinin ən özünəməxsus nümunələrindən biri olan əsər tək yerli deyil, eyni zamanda xarici turistlərin də marağına səbəb olmuş, aktyorların çıxışları alqışlarla müşaiyət olunmuşdur.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan "Şahdağ" Turizm Mərkəzi Azərbaycan tarixinin və milli ənənələrinin təbliğinə daim diqqət ayıraraq, qonaqların zövqlü istirahətini təşkil etmək, onların bayram tətilini daha maraqlı və yaddaqalan etmək məqsədilə hər il bu qəbildən olan tədbirlər təşkil edir. Ötən mövsümdə turizm mərkəzini ziyarət edən turistlər Mirzə Fətəli Axundovun "Hekayəti-xırs quldurbasan" komediyasını izləmək şansı əldə etmişdirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti