Bakı. Trend:
Bu gün Bakıda Britaniya Məktəbində (British School in Baku) İncəsənət festivalı adlı tədbir keçirilib.
Festivalı açılış nitqi ilə salamlayan xanım Cirst Ogilvie (Körst Oqilvi) bütün iştirakçılara uğurlar arzu etdi və daha sonra Bakıda Britaniya Məktəbinin rəsm müəllimləri lenti kəsərək festivalı açıq elan etdilər.
Tədbirdə müxtəlif siniflərdən olan 100-dən çox istedadlı şagirdlərin əl işləri nümayiş edildi. Festivalın mövzusu təbiət və onun ahənginə həsr olunmuşdu.
Tədbir 2 saatdan çox davam etdi.
Sonda 3 ən çox bəyənilən əl işlərinin sahiblərinə mükafat təqdim olundu.