...

"Şahdağ" Turizm Mərkəzi ilk üçlükdə

Mədəniyyət Materials 20 İyul 2016 19:08 (UTC +04:00)
Rusiyanın Forbes.ru saytı aktiv yay istirahəti üçün müxtəlif ölkələrdə fəaliyyət göstərən 10 məşhur istirahət mərkəzinin adını açıqlayıb.
"Şahdağ" Turizm Mərkəzi ilk üçlükdə

Bakı. Trend:

Rusiyanın Forbes.ru saytı aktiv yay istirahəti üçün müxtəlif ölkələrdə fəaliyyət göstərən 10 məşhur istirahət mərkəzinin adını açıqlayıb.

Trend Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki, saytdakı məlumatda Rusiya vətəndaşlarına xaricdə istirahət üçün bir neçə əlverişli məkan tövsiyə olunub. Bu məkanlar sırasında Azərbaycanın Qusar rayonu ərazisində yerləşən “Şahdağ” Turizm Mərkəzi ilk üçlükdə yer alıb.

Saytda “Şahdağ” kompleksi haqqında ətraflı məlumat da yerləşdirilib. Qeyd olunur ki, turizm mərkəzində zip-line, bob-kartinq azarkeşləri üçün lazım olan hər şey var. Trottinete, dağ velosipedi ilə səyahət turistlərə böyük zövq verəcək. Macəra və adrenalin həvəskarları dağ silsiləsi boyunca istirahət zamanı unudulmaz anlar yaşayacaqlar. Çayda üzmək, serfinq macərası, paraplanla uçuş – burada hərənin öz esktremal arzusunu gerçəkləşdirmək imkanı var.

Bildirilir ki, Bakıdan 230 km məsafədə yerləşən “Şahdağ”da ümumilikdə 61 min rubl xərcləməklə istirahət etmək olar. Bu məbləğə eyni zamanda bir neçə əyləncə də daxildir.

“Şahdağ” Turizm Mərkəzi saytın top onluğunda ilk üçlükdə qərarlaşıb və sıralanma belədir: Krasnaya Polyana (Soçi, Rusiya), Çimbulak (Qazaxıstan), “Şahdağ” (Azərbaycan), Şereqeş (Kemerova vilayəti, Rusiya), Bakuriani (Tbilisi), Bukovel (Ukrayna), İnsbruk (Avstriya), La Molina (İspaniya), Biarriç (Fransa), Enqadin-Sankt-Moriç (İsveçrə).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti