...

Azərbaycanın məşhur memarı vəfat edib

Mədəniyyət Materials 12 Avqust 2016 17:17 (UTC +04:00)
Bu gün memar Məmmədov Fazil Qulam oğlu uzun sürən xəstəlikdən sonra vəfat edib.
Azərbaycanın məşhur memarı vəfat edib

Bakı. Trend:

Bu gün memar Məmmədov Fazil Qulam oğlu uzun sürən xəstəlikdən sonra vəfat edib. Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

F.Məmmədov 06 aprel 1949-cu ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. Uzun illər müxtəlif yerlərdə rəhbər vəzifələrdə çalışıb F.Məmmədov bir neçə il Mədəniyyət və Turizm Nazirliyində Mədəni İrs şöbəsində çalışıb. F.Məmmədov Azərbaycan Memarlar İttifaqının üzvü olub.

Allah rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti