...

Şəkidə Beynəlxalq Teatr Festivalı keçiriləcək

Mədəniyyət Materials 1 Sentyabr 2016 20:57 (UTC +04:00)
Sentyabrın 15-dən 24-ə qədər Mədəniyyət və Turizm Nazirliyi, Şəki şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri ilə birgə “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək.
Şəkidə Beynəlxalq Teatr Festivalı keçiriləcək

Bakı. Trend:

Sentyabrın 15-dən 24-ə qədər Mədəniyyət və Turizm Nazirliyi, Şəki şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri ilə birgə “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək.

Trend Nazirliyin saytına istinadən xəbər verir ki, Bakı, Şəki, Mingəçevir şəhərlərini əhatə edən festivalda Azərbaycandan Milli Akademik Dram Teatrının, Azərbaycan Dövlət Rus Dram Teatrının, Azərbaycan Dövlət Kukla teatrının, Rusiyadan “Трикстер” Teatrının, Ukraynadan “Прекрасные цветы”, Gürcüstandan S.Axmeteli adına Tbilisi Dövlət Dram Teatrının, N.Dombadze adına Professional Dövlət Gənclər Teatrının, İrandan “Neqab” Teatrının, Birləşmiş Ərəb Əmirliyindən Dubay Bələdiyyə Teatrının, Türkiyədən İstanbul Bələdiyyəsi Şəhər Teatrının, Gəncə Dövlət Dram Teatrının, Şəki Dövlət Dram Teatrının çıxışları planlaşdırılıb.

Festival çərçivəsində milli peşəkarlar teatrının 144-cü mövsümünün açılış mərasimi keçiriləcək, Şəki teatrının foyesində səyyar təsviri sənət sərgisi nümayiş olunacaq.

Sentyabr ayının 16-da TÜRKSOY-a üzv ölkələrinin Teatr Rəhbərləri Şurasının 5-ci toplantısı keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti