...

Lənkəran teatrı yeni mövsümə “Əsrlərin harayı” tamaşası ilə başlayır

Mədəniyyət Materials 14 Sentyabr 2016 11:04 (UTC +04:00)
Lənkəran Dövlət Dram Teatrı sentyabrın 23-də özünün 126-cı mövsümünə başlayacaq. Həmin gün sənətsevərlərə Əli Vəlioğlunun “Əsrlərin harayı” tamaşası təqdim olunacaq.
Lənkəran teatrı yeni mövsümə “Əsrlərin harayı” tamaşası ilə başlayır

Bakı. Trend:

Lənkəran Dövlət Dram Teatrı sentyabrın 23-də özünün 126-cı mövsümünə başlayacaq. Həmin gün sənətsevərlərə Əli Vəlioğlunun “Əsrlərin harayı” tamaşası təqdim olunacaq.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi bu səhnə əsəri qədim Azərbaycan dövlətinin yaranması, yurd sevgisi, bu dövlətin daim azad və firavan şəraitdə bərqərar olması, eləcə də qədim türk hökmdarının səhvi ucbatından həmin dövlətin dağılıb parçalanması kimi məsələlərdən bəhs edir.

Tamaşanın quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Rüfət Ramazanovdur. Əsas rollarda teatrın aparıcı aktyorlarından əməkdar artistlər Təvəkkül Əliyev və Sucəddin Mirzəyev, Aynur Əhmədova, Əlibala Əsgərov, Niftulla Əsgərov, Miraslan Ağayev, Sayad Əliyev, Şəbnəm Hüseynova, Rauf Zeynalov və digərləri ifa edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti