...

“Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalının ikinci günü keçirilib (FOTO)

Mədəniyyət Materials 16 Sentyabr 2016 21:50 (UTC +04:00)

Bakı. Trend:

“Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalının ikinci günü Birləşmiş Ərəb Əmirliklərinin Əl Əhli Dubay Teatrı tamaşaçılara B.Abdullahın “Mirvari günlər” adlı birpərdəli tamaşasını təqdim edib.

Şəki Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, quruluşçu rejissoru Naci Əlhay olan tamaşada rolları ərəb dünyasının tanınmış aktrisaları Bədriyə Əhməd və Budur Muhəmməd canlandırıblar.

Tamaşa ağır xəstəliyə düçar olan yaşlı xanım Lulu və onun qızı Süzanın həyatından bəhs edir. İngiltərədə təhsil alan, balet sənətinə meyil salan Süzan anasının xəstəliyi səbəbindən vətəninə qayıtmaq və ona qulluq etmək məcburiyyətində qalır.

Əsərdə ana və qız keçmiş günləri yada salaraq, həyatlarının bu ağır anlarını xoş xatirələrlə yaşamağa çalışırlar.
Tamaşanın sonunda kollektivə Mədəniyyət və Turizm Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyəti adından hədiyyə təqdim olunub.

Festival proqramına əsasən sentyabrın 17-də axşam Şəki teatrının səhnəsində Ukraynanın “Krasivıye svetı” teatrının çıxışı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti