...

“Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalının üçüncü günü keçirilib (FOTO)

Mədəniyyət Materials 18 Sentyabr 2016 00:49 (UTC +04:00)
Uğurla davam edən “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalının üçüncü günü Ukraynanın “Krasivıye svetı” teatrı tamaşaçılara İqor Klyuçnikin “Piy” tamaşasını təqdim edib
“Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalının üçüncü günü keçirilib (FOTO)

Bakı. Trend:

Uğurla davam edən “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalının üçüncü günü Ukraynanın “Krasivıye svetı” teatrı tamaşaçılara İqor Klyuçnikin “Piy” tamaşasını təqdim edib.

Şəki Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, satirik məzmunlu tamaşa müxtəlif sosial məsələlərə - hakimiyyət və pul hərisliyi, televiziyaya və sosial şəbəkələrə aludəçilik, pis vərdişlərə meyllilik və digər problemlərə toxunur.

Tamaşada rolları teatrın aktyorları Artyom Vusik, İqor Klyuçnik, Denis Çmelyov, Sergey Babkin və Snejana Babkina oynayıblar.

Tamaşanın sonunda kollektivə Mədəniyyət və Turizm Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyəti adından hədiyyə təqdim olunub.

Sentyabrın 18-də Tbilisi Dövlət Dram Teatrının yaradıcı kollektivi tamaşaçılara V.Pşavelanın “Ev yiyəsi və qonaq” əsərini təqdim edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti