Bakı. Trend:
Müğənni Elnarə Xəlilova yenidən aparıcılığa başlayıb. Trend-in məlumatına görə, xanım müğənni telekanalların birində “Xanımlar saatı” adlı proqramda aparıcılıq edəcək. Qeyd edək ki, 3 illik fasilədən sonra teleməkana dönən Elnarə xanımlarla bağlı, mətbəxdən tutmuş kosmetologiyaya, geyimə qədər, xanım dedikdə nə yada düşürsə həmin mövzuları əhatə edən proqramda çalışmağı özü arzu edib.