...

Kukla Teatrının “Zəng” tamaşası Şəkidə (FOTO)

Mədəniyyət Materials 21 Sentyabr 2016 16:39 (UTC +04:00)
“Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalının növbəti günü, sentyabrın 21-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı teatrsevərlərə “Zəng” tamaşasını təqdim edib.
Kukla Teatrının “Zəng” tamaşası Şəkidə (FOTO)

Bakı. Trend:

“Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalının növbəti günü, sentyabrın 21-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı teatrsevərlərə “Zəng” tamaşasını təqdim edib.

Trend-in məlumatına görə, tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı isə Rəvanə Yaqubovadır.

Həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan tamaşa ailədə valideynlərə olan münasibətdən bəhs edir. Tamaşa izləyicilərdə valideynləri unutmamaq, onları diqqətdən kənarda saxlamamaq kimi müsbət keyfiyyətlər aşılayır.

Tamaşanın sonunda kollektivə festivalın təşkilatçıları adından hədiyyə təqdim olunub.

Bu gün axşam isə Azərbaycan Dövlət Rus Dram Teatrının yaradıcı kollektivi Şəki tamaşaçılarına Nizami Gəncəvinin “Yeddi gözəl” əsərini təqdim edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti