...

Qalaaltı kurort mərkəzi Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının rəsmi kataloqunda

Mədəniyyət Materials 6 Oktyabr 2016 11:06 (UTC +04:00)
“Qalaaltı” sanatoriyasının “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutuna üzv seçilməsi barədə barədə qərar qəbul edilib.
Qalaaltı kurort mərkəzi Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının rəsmi kataloqunda

Bakı. Trend:

“Qalaaltı” sanatoriyasının “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutuna üzv seçilməsi barədə barədə qərar qəbul edilib.

Mədəniyyət və Turizm Nazirliyi (MTN) Trend-ə verilən məlumata görə, qərar MTN tərəfindən Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının (EHTTA) “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutuna qoşulması ilə bağlı Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının Baş Assambleyasında keçirilən görüş zamanı qəbul edilib.

EHTTA-ya 13 ölkədən 36 şəhər daxildir. Mədəniyyət və Turizm Nazirliyi ilə EHTTA arasında sıx əməkdaşlıq çərçivəsində bu təşkilatın rəsmi kataloq və broşürlarına Qalaaltı kurort mərkəzi daxil edilib və xəritədə assosiasiyaya üzv olan ölkələrin sırasına Azərbaycanın da xəritəsi salınıb.

Q"eyd edək ki, Avropa Tarixi Termal Şəhərlər Assosiasiyanın “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutunun 2018-ci il üçün nəzərdə tutulmuş baş konfransının Qalaaltıda keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti