...

Bakının müasir memarlığı – yeni layihə

Mədəniyyət Materials 12 Oktyabr 2016 15:02 (UTC +04:00)
START layihəsi çərçivəsində gənc və istedadlı fotoqrafların inkişafı üçün, Arts Council Azerbaijan qeyri-hökumət təşkilatı “Bakının müasir memarlığı” fototolarda adlı sərgi təşkil edir.
Bakının müasir memarlığı – yeni layihə

Bakı. Trend:

START layihəsi çərçivəsində gənc və istedadlı fotoqrafların inkişafı üçün, Arts Council Azerbaijan qeyri-hökumət təşkilatı “Bakının müasir memarlığı fotolarda" adlı sərgi təşkil edir.

Trend-in məlumatına görə, Bakının müasir memarlıq obyektlərinin yerli və xarici vətəndaşlar tərəfindən yaxından tanıdılması məqsədi ilə keçirilən sərgi 8 noyabr tarixində Art Villa qalereyasında baş tutacaq. Sərginin kuratoru Rüstəm Hüseynovdır.

Layihə çərçivəsində keçirilən tədbirlər nəticəsində cəmiyyətdə müasir memarlığın tanınması və təbliği sahəsində gənclərin rolunu artıraraq, onları müasir memarlıq nümunələrinə cəlb etmək və bu işin təbliğatçısı qismində çıxış etməsinə dəstək olmaqdır.

Giriş pulsuzdur.

Sərgidə iştirak etmək üçün Bakının müasir memarlığına həsr olunmuş fotolarınızı [email protected] electron ünvanına göndərməyiniz xahiş olunur. Fotolarda əks olunan obyektlər 2000-ci ildən sonra tikilmiş obyektlər olmalıdır. Hər iştirakçı 25.10.2016-ci il tarixinə qədər, 5 foto göndərə bilər. Foto uzun tərəfində ən azı 3000 piksel, JPEG formatda olmalıdır və üstündə heç bir yazı və ya votermark olmamamalıdır. Məktubda öz adınızı, soyadınızı və fotonun adını əlavə etməyi unutmayın. Göndərilən şəkil bütün müəllif hüquqlarına malik olmalıdır. Foto axırıncı 3 il ərzində çəkilməlidir.

İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti