...

İçəri Şəhərdə Beynəlxalq keramika üzrə duet-simpoziumu keçiriləcək

Mədəniyyət Materials 14 Oktyabr 2016 18:24 (UTC +04:00)
Oktyabrın 20-də saat 19:00-da Azərbaycan Keramika Mərkəzində “Arts Council Azerbaijan” təşkilatının və Keramika Mərkəzinin birgə layihəsi olan “Beynəlxalq keramika üzrə duet-simpozium” adlı layihənin açılışı olacaq.
İçəri Şəhərdə Beynəlxalq keramika üzrə duet-simpoziumu keçiriləcək

Bakı. Trend:

Oktyabrın 20-də saat 19:00-da Azərbaycan Keramika Mərkəzində “Arts Council Azerbaijan” təşkilatının və Keramika Mərkəzinin birgə layihəsi olan “Beynəlxalq keramika üzrə duet-simpozium” adlı layihənin açılışı olacaq.

Trend-in məlumatına görə, layihə Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə “Culture and Management Lab” təşkilatı tərəfindən həyata keçirilən “Cənubi Qafqazda Regional İncəsənət və Mədəniyyət Layihəsi” çərçivəsində reallaşdırılır.

Tədbirin məqsədi müxtəlif ölkələrdən olan keramika ustalarının işlərini öyrənmək və təcrübə mübadiləsi aparmaqdır. Duet-simpozium həm palçıq palitrasına, həm də palçıq vulkanlarının sayına görə dünyada birinci yeri tutan Azərbaycanın qədim keramika istehsalı ənənələrini göstərmək baxımından böyük əhəmiyyət kəsb edir. Keramika əsasında hazırlanan heykəltəraşlıq işləri klassik və avanqard üslubunda və müxtəlif formalarda ola bilər. Simpoziuma MDB-dən və dünyanın müxtəlif ölkələrindən peşəkar rəssamlar - keramika ustaları dəvət edilir. Duet-simpoziumların işləri əsasında müxtəlif növ və janrlarda müasir incəsənət əsərlərindən ibarət kolleksiya yaradılacaq.

Duet-simpoziumda Azərbaycandan Mir Teymur Məmmədov, Moldovadan Valentin Rusu iştirak edəcək.

Layihə 20 oktyabrda başlayacaq və 2 noyabra qədər davam edəcək. Bu müddət ərzində siz emalatxanaya gələrək rəssamların iş prosesi ilə yaxından tanış ola bilərsiniz.

Məkan: Azərbaycan Keramika Mərkəzi Ünvan: Bakı, İçərişəhər, M.Maqomayev küç. 90 Tədbirə giriş pulsuzdur. Əlaqə üçün: +994 50 311 7347

İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti