...

TÜRKSOY 2017-ci ili “Molla Pənah Vaqif ili” elan edib

Mədəniyyət Materials 6 Dekabr 2016 17:52 (UTC +04:00)
Bir neçə gün əvvəl Şəkidə TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısı keçirilib.
TÜRKSOY 2017-ci ili “Molla Pənah Vaqif ili” elan edib

Bakı. Trend:

Bir neçə gün əvvəl Şəkidə TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısı keçirilib.

Trend-in TÜRKSOY-un saytına istinadən verdiyi məlumata görə, iclas zamanı 2017-ci ilin “Molla Pənah Vaqif ili” olması barədə qərar qəbul olunub.

Bu qərar Azərbaycan şairinin gələn il qeyd olunacaq 300 illik yubileyi ilə əlaqədar qəbul olunub.

Bundan başqa yeni “Türk dünyasının mədəniyyət paytaxtıp” da məlum olub. Gələn il bu adı Qazaxıstanın Türküstan şəhəri daşıyacaq.

Qeyd edək ki, 2016-cı ildə “Türk dünyasının mədəniyyət paytaxtı” Şəki şəhəri idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti