...

"Baku Fashion Nights" layihəsinin nümayişi keçirilib (FOTO)

Mədəniyyət Materials 23 Dekabr 2016 19:46 (UTC +04:00)
"Excelsior Hotel & Spa Baku" otelində "Baku Fashion Nights" moda layihəsinin nümayişi keçirilib.
"Baku Fashion Nights" layihəsinin nümayişi keçirilib (FOTO)

Bakı. Trend:

"Excelsior Hotel & Spa Baku" otelində "Baku Fashion Nights" moda layihəsinin nümayişi keçirilib.

Tədbir çərçivəsində Azərbaycan dizaynerlərinin Yeni il qabağı "Fashion Bazaar" yarmarkası keçirilib. "Baku Fashion Nights" tədbiri 2014-cü ildən başlayaraq ildə iki dəfə keçirilir və Azərbaycan dizaynerlərini birləşdirən, həmçinin ölkənin moda sənayesində yeni adları tanıdan böyük layihədir.

Tədbir çərçivəsində Yeni il qabağı "Fashion Bazaar" satış yarmarkası keçirilib, yarmarkada qonaqlar Azərbaycan dizaynerlərindən geyim, aksesuar və bəzək əşyaları əldə edə biliblər.

Yarmarkada geyim və aksesuarların seçimi kifayət qədər müxtəlif olub, burada müəllif geyimlərindən əlavə, əl işi olan Venesiya maskaları, əl çantaları, gümüş və dağ büllurundan hazırlanmış bəzək əşyaları, keramika məhsulları və təbii kosmetika təqdim olunub.

Tədbir Yeni il əhval ruhiyyəsində keçirilib və qonaqlara maraqlı proqram təqdim olunub. Nümayiş dizayner Gulum Əsədullayevin "Somnia" adlı kolleksiyası ilə açılıb. Sonra Yekatirina Eren və Liana Allahverdiyevanın birgə "Fashion lab" adlı kolleksiyalarının nümayişi olub.

Dizayner Nətgiz Muxtarova “NRGZ” marka adı altında "Ornamento" adlı geyim kolleksiyasını təqdim edib. Renara Şəmsiyeva cins parçadan hazırlanmış geyimlərdən ibarət "Seminollar" adlı kolleksiyanı nümayiş etdirib. Sonra modelyer-dizayner Əminə Cəfər "Şah" adlı kolleksiyanı təqdim edib. Həmçinin, dizayner Elnarə Mirsəlimova əl işləri olan bəzək və aksesuarları təqdim edib. Öz növbəsində, Oksana Barxatova "Azerbaijan Fashion Week"-də böyük uğur qazanan kolleksiyasını nümayiş etdirib. Moda nümayişi axşamı əməkdar incəsənət xadimi, Azərbaycanın modelyer-dizayneri Fəxriyyə Xələfovanın "Cazibədar rənglər" kolleksiyası ilə başa çatıb. Dəb tədbirinin təşkilatçıları "FMS Models" model agentliyi, “Baku Fashion Night” təşkilatı, Lyubov Qutorova-Poyraz və “Excelsior Hotel & Spa Baku” oteli olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti