...

20 Yanvar faciəsinin ildönümü ilə bağlı milli qəhrəmanlara həsr olunmuş filmlər nümayiş olunur (FOTO)

Mədəniyyət Materials 19 Yanvar 2017 12:03 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin müəssisələrində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar milli qəhrəmanlara həsr olunmuş filmlərin nümayişi keçirilir.
20 Yanvar faciəsinin ildönümü ilə bağlı milli qəhrəmanlara həsr olunmuş filmlər nümayiş olunur (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin müəssisələrində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar milli qəhrəmanlara həsr olunmuş filmlərin nümayişi keçirilir.

İdarədən Trend-ə verilən məlumata görə, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsinə daxil olan müəssisələrdə 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi və “Yaddaş” sənədli filmlər studiyasının birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanları haqqında çəkilmiş sənədli filmlərin nümayişi keçirilir.

Yanvarın 17-də Müşviqabad qəsəbə mədəniyyət evində rejissor Ramiz Hüseynovun milli qəhrəmanlar Tofiq Hüseynov və Ələsgər Novruzova həsr olunmuş “Mən Xocalını tərk etməyəcəm”, “Qəhrəmanlığa gedən yol”, Qaradağ rayon Heydər Əliyev Mərkəzində rejissor Qurban Səlimovun milli qəhrəmanlar Aqil Məmmədov və Şikar Şikarova həsr olunmuş “Məmmədov Aqil”, “Qərargah rəisi”, A.R.Qobustanlı adına mədəniyyət evində rejissor Günel Aqifin milli qəhrəmanlar Sərxan Ocaqverdiyev və Pərviz Səmədova həsr olunmuş “Ata adı”, “Tarixdə adı qalan” adlı filmlər nümayiş olunub.

Yanvarın 18-də isə Binəqədi Mərkəzi mədəniyyət evində rejissorlar Samirə Cəfərova və Asif Abramovun milli qəhrəmanlar Elşad Yəhyayev və Zakir Yusifova həsr olunmuş “Səma cəngavəri”, “Bacı yaddaşı”, Suraxanı rayon Heydər Əliyev Mərkəzində rejissor Ramiz Hüseynovun milli qəhrəmanlar Ələsgər Novruzov və Tofiq Hüseynovun “Qəhrəmanlığa aparan yol”, “Mən Xocalını tərk etməyəcəm, Yasamal rayon Heydər Əliyev Mərkəzində rejissor Könül Kərimovanın milli qəhrəmanlar Əlif Hacıyev və Şövqiyar Abdullayevə həsr olunmuş “Azərbaycanlı olmaq böyük şərəfdir”, “Ana, üç günə qayıdacağam” adlı filmlərə baxış keçirilib.

Qeyd edək ki, gənc nəslin milli təfəkkürünün formalaşmasında, vətənpərvər ruhda tərbiyəsində və tariximizi öyrənməsində mühüm rol oynayan bu filmlərin nümayişi Bakı şəhərinin müxtəlif mədəniyyət ocaqlarında yanvarın 19-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti