...

"AbŞeron Stoun" komandasının cavan və istedadlı gənclərinin konserti keçirilib (FOTO)

Mədəniyyət Materials 3 Fevral 2017 19:40 (UTC +04:00)
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında KVN "AbŞeron Stoun" komandasının cavan və istedadlı gənclərinin konserti keçirilib.
"AbŞeron Stoun" komandasının cavan və istedadlı gənclərinin konserti keçirilib (FOTO)

Bakı. Trend:

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında KVN "AbŞeron Stoun" komandasının cavan və istedadlı gənclərinin konserti keçirilib.

Komandadan Trend-ə verilən məlumata görə, gənclər özlərinin gözəl aktyorluq bacarıqlarını nümayiş etdirib, tamaşaçılarını şən səhnəciklərlə güldürə biliblər. Gənc komanda yorulmadan çalışır, artır və hər keçən gün inkişaf edir. Tamaşaçıların rəğbətini qazanmağa çalışırlar. İndi onlar KVN Liqasında çıxışlarına hazırlaşırlar.

Komandanın kapitanı Nurlan Əhmədzadə deyib: "Biz demək olar ki, iki aydır bu konsertə hazırlaşırıq. Bu konsert bizim üçün çox vacib idi, çünki bizim ilk solo konsertimiz idi. Düşünürəm ki, biz bu işin öhdəsindən layiqincə gələ bildik. Bizimlə olan hər kəsə minnətdarlığımızı bildirmək istərdik, həmçinin komandamızın baş redaktoru olan Marat Ağamuradova təşəkkür edirik".

Azərbaycan Gənclər İttifaqının sədr müavini Əziz Əzizov deyib: "Mən şadam ki, Azərbaycanda belə istedadlı gənclər var. Keyfiyyətli KVN komandalarının olması sevindiricidir. Bizim gənclər həqiqətən bacarıqlı, istedadlı gənclərdir. Onlar bu iqtisadi böhran dövründə insanların həyatına bir az sevinc əlavə edə bilirlər. Əlbəttə ki, oğlanların kifayət qədər təcrübələri yoxdur. Lakin biz ümid edirik ki, Azərbaycan KVN Liqasının vasitəsi ilə gələcəkdə bütün sahələrdə parlayacaqlar. Öz dərin təşəkkürlərimi Azərbaycan KVN Liqasının rəhbəri Rəşad Əzizova və direktoru Cavid Şahbazova bildirirəm. Onlara işlərində müvəffəqiyyətlər arzulayıram"

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Xəbər lenti

Xəbər lenti