...

Dünyanın ən güclü parataekvondoçusu Aynur Məmmədova at belində Novruzun rəmzi obrazında (FOTO)

Mədəniyyət Materials 15 Mart 2017 03:50 (UTC +04:00)
Dünyanın ən güclü parataekvondoçusu olan azərbaycanlı Aynur Məmmədova Novruzun rəmzlərindən biri sayılan Bahar qızı obrazını canlandırıb
Dünyanın ən güclü parataekvondoçusu Aynur Məmmədova at belində Novruzun rəmzi obrazında (FOTO)

Bakı. Trend:

Dünyanın ən güclü parataekvondoçusu olan azərbaycanlı Aynur Məmmədova Novruzun rəmzlərindən biri sayılan Bahar qızı obrazını canlandırıb.

Trend-in məlumatına görə, foto-layihənin çəkilişləri Binə Atçılıq Mərkəzində aparılıb. Libaslar Gülnarə Xəlilovanın Milli Geyim Mərkəzi tərəfindən təqdim edilib. Saç düzümü və makiyaj Səbinə İmanovaya məxsusdur, fotoqraf isə Tünzalə Ağayevadır.

Aynur Məmmədova taekvondo üzrə üçqat dünya çempionu və ikiqat Avropa çempionudur. Dünya reytinqində öz çəki dərəcəsində birinci yeri tutur.

Xəbər lenti

Xəbər lenti